Accessibility links

Ağ Ev: ABŞ-ın federal işçilərinin 90%-dən çoxuna COIVD-19 peyvəndinin azı bir dozası tətbiq edilib


Ağ Ev rəsmilərinin bildirdiyinə görə, Prezident Co Baydenin bazar ertəsinə qədər müəyyən etdiyi son tarixədək ABŞ-ın federal işçilərinin 90 faizindən çoxuna COIVD-19 peyvəndinin azı bir dozası tətbiq edilib.

Sentyabr ayında Bayden ciddi sağlamlıq problemləri və ya dini görüşləri ilə əlaqədar vaksinasiya olunmaqdan azad edilən şəxslərdən başqa bütün federal işçilərin noyabr 22-nə qədər peyvənd edilməli olduğunu bildirmişdi.

Peyvənd edilməməsi üçün təsdiqlənmiş sənədi olmayan və bazar ertəsi son tarixə qədər peyvənd olunmamış işçilərə qarşı işlərinə son verilməsi ilə bağlı "məsləhət" prosesinə başlanacaq.

Ağ Evin mətbuat katibinin köməkçisi Kevin Munoz bazar ertəsi Twitter səhifəsində ABŞ hökumət işçilərinin 95 faizinin Baydenin peyvənd tələbinə əməl etdiyini yazıb. “Tələblə bağlı heç bir fasilə yoxdur, bunun qarşısını peyvəndlərlə alacağıq" - deyə, o bildirib.

Daxili təhlükəsizlik nazirinin İctimai Əlaqələr üzrə yatdımçısı Marşa (Katron) Espinoza bazar ertəsi Twitter səhifəsində ABŞ-ın Gömrük və Sərhəd Mühafizəsi işçilərinin 98 faizinin, Nəqliyyat Təhlükəsizliyi Administrasiyası (TSA) işçilərinin 93 faizinin peyvənd mandatı qaydalarına əməl etdiklərini yazıb.

Bayden administrasiyasının rəsmiləri Reuters xəbər agentliyinə son tarix olan bazar ertəsinə qədər işçilərin sənədləri təqdim etməyə davam etdiyi və bütün sənədlərə baxila bilməsi üçün yekun rəqəmlərin dəyişə biləcəyini bildirib.

Bunlarla yanaşı, rəqəmlər potensial olaraq 175 min federal işçinin peyvənd olunmadığını və hələ də qaydalara əməl etmədiklərini göstərib.

XS
SM
MD
LG