Accessibility links

ABŞ-ın Milli Təhlükəsizlik müşaviri koronavirusa yoluxub


Ağ Evin bazar ertəsi bildirdiyinə görə, ABŞ-ın Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Robert O`Brayanın COVID-19 testi müsbət nəticə verib.

Milli Təhlükəsizlik Şurasının rəhbəri olan O`Brayanın simptomların yüngül olduğu və onun özünü təcrid edərək, təhlükəsiz bir yerdə işlədiyi bildirilib. "Prezident və ya vitse-prezidentin virusa məruz qalma riski yoxdur", Ağ Ev bildirib.

"Milli Təhlükəsizlik Şurası işi fasiləsiz olaraq davam etdirir" - deyə, bəyanatda bildirilir.

54 yaşlı O`Brayan prezident Donald Tramp administrasiyasının koronavirusa yoluxduğu bildirilən ən yüksək vəzifəli üzvüdür.

Bundan əvvəl Ağ Evin COVID-19 testləri müsbət olan şəxslər arasında prezident Trampın şəxsi yardımçısı və vitse-prezident Mayk Pensin rabitə məsələləri üzrə köməkçisi Keti Miller də var idi.

Keçən həftə vitse-prezidentin və Milli Təhlükəsizlik Şurasının ofislərinin yerləşdiyi Ağ Evə bitişik Eyzenhauer İcra Aparatı binasındakı yeməkxananın işçisi koronavirusa yoluxduqdan sonra kafeteriya bağlanıb.

Keçən həftə həmçinin prezidentin helikopter eskadronuna təyin edilmiş bir dəniz piyadası qulluqçusuna da COVID-19 diaqnozu qoyulub.

Şərhlərə bax

XS
SM
MD
LG