Accessibility links

Ağ Evin COVID-19 üzrə İşçi Qrupunun üzvü ABŞ-da pandemiyanın 'ölümcül mərhələsi' haqda xəbərdarlıq edib


ABŞ prezidenti Donald Trampın Koronavirusa dair İşçi Qrupunun aparıcı üzvlərindən biri təxminən bir ildir davam edən COVID-19 pandemiyasının ölkədə "ölümcül mərhələyə" daxil olduğu ilə bağlı xəbərdarlıq edib.

Xəbər agentliklərinin verdiyi məlumata görə, işçi qrupunun koordinatoru, doktor Debora Birks bazar ertəsi administrasiya rəsmilərinə məhdudiyyətlər və amerikalıları maska taxmaq, sosial məsafəni qorumağa çağırmaq və ciddi test proqramına başlamaq da daxil olmaqla virusun qarşısının almaq üçün addımlar atmaq arasında “balanslı bir yanaşma” tətbiq etmək tövsiyələri ilə bağlı müraciət edib.

Doktor Birksin tövsiyələri prezident Trampın seçki kampaniyası zamanı çıxışlarında pandemiyanın “küncə sıxışdırıldığı” haqda iddiaları ilə ziddiyyət təşkil edir. Cons Hopkins Koronavirus Resurs Mərkəzinin bazar ertəsinə olan məlumatına görə, koronavirusa yeni 84 089 yoluxma və 557 ölüm halı daxil olmaqla, pandemiya nəticəsində ölkədə 230 000-dən çox insan həyatını itirib, 9.2 milyon insan isə virusa yoluxub.

ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin yeni araşdırmasına görə, hamilə qadınlar hamilə olmayan qadınlara nisbətən COVID-19-a daha həssasdır.

Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi koronavirusa yoluxan hamilə qadınlara hamilə olmayan qadınlara nisbətən intensiv baxım tələb olunduğunu və onların ölüm riskinin daha çox olduğunu, nəfəs almalarına yardım edən və ürək-ağciyər baypas aparatına qoşulmaq üçün mexaniki ventilyatordan istifadəyə ehtiyac olduğunu deyib.

Koronavirus pandemiyası nəticəsində qlobal miqyasda ölüm hallarının sayı 1,2 milyonu keçib. Dünyanın bir çox ölkəsində virusa yoluxma hallarının artmasının qarşısının alınması üçün tədbirlər görülür.

Cons Hopkins Koronavirus Resurs Mərkəzinin verdiyi məlumata əsasən, dünya boyu koronavirusa yoluxma hallarının sayı 46,8 milyon təşkil edir.

XS
SM
MD
LG