Accessibility links

Ağ Ev peyvənd mandatının qüvvədə qalacağına əmindir


Ağ Ev bazar günü bildirib ki, məhkəmələrin peyvənd tələbini dayandıran ilkin qərarına baxmayaraq, Prezident Co Baydenin 100 və ya daha çox işçisi olan ABŞ müəssisələri işçilərinin ya koronavirusa qarşı peyvənd edilməsi, ya da tez-tez testdən keçirilməsi barədəki mandatını nəhayət təsdiqləyəcək.

"Mən bunun müvəqqəti deyil, tam qərarından sonra bu tələbin nəhayət qanuniliyi təmin ediləcəyiindən əminəm" - deyə, Ağ Evin aparat rəhbəri Ron Kleynn NBC kanalının "Mətbuatla görüş" verilişində bildirib.

Kleyn özəl sektorun 84 milyon işçisini əhatə edən və yanvarın 4-də qüvvəyə minəcək Baydenin peyvəndlə bağlı sərəncamının ABŞ-da pandemiyanın sona çatmasına yardım üçün "sağlam düşüncə" kimi xarakterizə edib.

O, hökumətin Əməyin Təhlükəsizliyi və Sağlamlığı Administrasıyasının (OSHA) "insanlara iş yerlərində ehtiyatlı olmağı - təhlükəsizlikləri üçün başlarına papaq taxmalarını, kimyəvi maddələrdən qorumalarını tövsiyə edə bilirsə, bu sadə tədbirləri də həyata keçirə bilər" deyib.

Keçən ay Ali Məhkəməsi ABŞ-ın şimal-şərq ştatı Meyndə tibb işçilərini əhatə edən peyvənd mandatını təsdiqləsə də, Baydenin özəl müəssisələrə təsir edən əmri və ya federal hökumət üçün çalışan 4 milyon işçi və podratçının noyabrın 22-dək peyvənd olunmasını tələb edən əmri kimi geniş milli mandatı hələ nəzərdən keçirməyib.

Demokrat Prezidentin milli mandatına qarşı çıxan çox sayda ştatın Respublikaçı qubernatorları, bəzi həmkarlar ittifaqları və ayrı-ayrı işçilər Baydenin səlahiyyətlərini aşdığını iddia edərək, onun peyvəndlə bağlı mandatını əngəlləmək üçün məhkəmələrə müraciət edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukraynada daşqın ərazilərində xilasetmə işləri davam edir
please wait

No media source currently available

0:00 0:11:24 0:00

Amerika İcmalı

Amerika İcmalı. İlham Əliyev və Nikol Paşinyan arasında Kişinyonvda görüş.
please wait

No media source currently available

0:00 0:29:22 0:00
XS
SM
MD
LG