Accessibility links

ABŞ-da COVID-19-a yoluxma hallarının sayı 10 milyonu keçib


Qlobal pandemiya başlayandan bəri yoluxmalarda ən yüksək artımın müşahidə olunduğu ABŞ-da bazar ertəsi COVID-19-a yoluxma halları 10 milyon həddini keçib.

Son bir həftə ərzində Amerika Birləşmiş Ştatlarında gündə orta hesabla 100 mindən çox yoluxma halı qeydə alınıb. Bu, keçən ayla müqayisədə iki dəfə çoxdur. ABŞ-da hər gün koronavirusdan təxminən 900 nəfər ölür.

Pandemiya ABÇ-ın orta qərb ştatlarına ən çox təsir göstərib. Belə ki, həmin bölgələrdə xəstəxanalara yerləşdirilən koronavirus xəstələrinin sayı rekord həddə çatıb.

Yanvar ayında vəzifəyə gələcəyi zaman administrasiyasının pandemiya ilə mübarizədə atacağı addımlar üzərində işləyən yeni seçilmiş prezident Co Bayden bazar ertəsi Koronavirus üzrə İşçi Qrupu ilə görüşəcək. Görüşdən sonra onun “COVID-19-u məğlub etmək planlarını” əks etdirən çıxışı gözlənilir.

Hazırkı administrasiyanın koronavirusla mübarizə səylərinə rəhbərlik edən vitse-prezident Mayk Pens oktyabrın 20-dən bəri ilk dəfə bazar ertəsi işçi qrupunun iclasını çağırıb.

COVID-19-a yoluxmalar koronavirusun yayılmasının qarşısını almaq üçün yenidən məhdudiyyətlər tətbiq etməyə başlayan Avropa da daxil olmaqla, dünyanın digər regionlarında da artıb.

Təsdiqlənmiş qlobal yoluxma hallarının sayı 50 milyondan çoxdur. Koronavirus nəticəsində 1.2 milyon insan ölüb, sağalanlanların sayı 33 milyondur .

Son bir həftə ərzində yoluxma hallarının ən yüksək olduğu ölkələr Çexiya, Belçika, Fransa, Avstriya və İtaliyadır.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG