Ştatlarda məhdudiyyətləri yüngülləşdirnəyə və ABŞ iqtisadiyyatının bir hissəsini açmağa çalışan Tramp administrasiyası indi Ağ Evdəki koronavirusla məşğuldur.
Ağ Ev azı iki nəfərin - prezident Donald Trampın şəxsi yardımçısı və vitse-prezident Mayk Pensin mətbuat katibi COVİD-19-a yoluxub.
Mike Pensin sözçüsü vitse-prezidentin özündə yoluxma aşkar edilmədiyini, bazar ertəsi onun Ağ Evə qayıdacağını və orada ştat qubernatorları ilə koronavirusa qarşı reaksiya və iqtisadi canlanma ilə bağlı video-konfrans keçirməyi planlaşdırdığını deyib.
"Vitse-prezident Pens Ağ Evin Tibbi Birliyinin tövsiyələrini dinləməkdə davam edəcək və o, karantində deyil" - deyə, sözçü Devin Omelli bazar günü verdiyi açıqlamada bildirib.
Ağ Evin koronavirusa qarşı mübarizədə baş mütəxəssisi doktor Entoni Fauçidə virus aşkar edilməsə də, o, özünü təcrid edir.
Ağ Evdəki koronavirus işçi qrupunun digər yüksək səviyyəli iki üzvü - Ərzaq və Dərman Administrasiyasının rəhbəri Stiven Han və Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin direktoru Robert Redfild virusa yoluxmuş işçilərdən birinin olduğu iclasda iştirak etdikdən sonra özlərini iki həftə karantində saxlamalı olub.
ABŞ-da hazırda koronavirusa 1,3 milyondan çox yoluxma, 80 mindən çox ölüm halı qeydə alınıb.