Accessibility links

Ağ Ev uşaqlar üçün COVID-19 peyvəndinin təsdiqini gözləyir


Ağ Evin COVID-19-a reaksiya qrupu bazar ertəsi bildirib ki, Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) uşaqlar üçün Pfizer-BioNTech peyvəndinin yekun təsdiqini gözləyir və bu həftənin sonunda ilk peyvəndləri 5-11 yaşlı uşaqlara tətbiq etməyə hazırdır.

Keçən cümə günü ABŞ Ərzaq və Dərman İdarəsi (FDA) Pfizer COVID-19 peyvəndinin uşaqlar üçün dozalarının fövqəladə halda paylanmasına icazə verib. Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin Məsləhət Komitəsi çərşənbə axşamı peyvəndin uşaqlar üçün olan dozalarını nəzərdən keçirəcək.

Lakin bazar ertəsi Ağ Evdə COVID-19-la bağlı brifinq zamanı qrupun koordinatoru Cef Ziyents Ağ Evin həftələrdir bu ana hazırlaşdığını deyib. O demək olar ki, iki həftə əvvəl rəsmilərin ştatlarla əlaqə saxladığını və peyvənd üçün ilkin sifarişlərin alındığını bildirib.

Ərzaq və Dərman İdarəsinın cümə günü verdiyi açıqlama Ağ Evi peyvəndin uşaqlar üçün dozalarının ölkədəki pediatrlar, apteklər və ictimai səhiyyə mərkəzlərinə göndərməyə sövq edib. Ziyents Ərzaq və Dərman İdarəsinın təsdiqini gözləyənə qədər uşaqların ilkin peyvəndlərini bəlkə də çərşənbə günü ala biləcəyini deyib.

Onun sözlərinə görə, gələn həftə noyabrın 7-si bütün ölkə boyu uşaqların peyvənd edilməsi proqramı tam olaraq işə düşəcək. Ziyents bir daha bildirib ki, Ağ Ev ABŞ-da 5-11 yaşlar arasında hər bir uşaq üçün kifayət qədər 28 milyon Pfizer peyvəndi alıb.

Ərzaq və Dərman İdarəsinın direktoru Roşel Valenski Məsləhət Komitəsinin uşaqlar üçün Pfizer peyvəndinin təhlükəsizliyi və effektivliyi ilə bağlı hərtərəfli, ədalətli və açıq araşdırma aparacağına əminliyini ifadə edib. O təsdiqləndikdən sonra peyvəndin uşaqları COVID-19-a səbəb olan virusdan qorumaq üçün vacib bir vasitə olacağını deyib. Valenski onu da əlavə edib ki, uşaqlar üçün ən yaxşı qorunma onların peyvənd olunmuş böyüklərlə əhatə olunmasıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 30-dan çox raket və pilotsuz təyyarəsini vurub
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. İlham Əliyev və Nikol Paşinyan arasında Kişinyonvda görüş.
please wait

No media source currently available

0:00 0:29:22 0:00
XS
SM
MD
LG