Accessibility links

Ağ Ev koronavirusla mübarizəyə dair işçi qrupunu ləğv etmək istəyir


Ağ Ev koronavirusla mübarizəyə dair işçi qrupunu ləğv etməyi planlaşdırır. Lakin bu arada Birləşmiş Ştatlarda yoluxma halları hər gün 20 min, ölüm halları isə 1000-2000 artmağa davam edir.

Vitse-prezident Mayk Pens deyib ki, onun administrasiyası mayın sonu və ya iyunun əvvəlində koronavirusla mübarizə məsələsini işçi qrupunun əvəzinə yenidən federal idarələrə həvalə edəcək. O bu addımın “ölkə olaraq əldə etdiyimiz böyük irəliləyişi əks" etdirdiyini deyib.

"Daha öncə dediym kimi, biz sosial məsafəni qorumağa davam edirik və ştatlar təhlükəsiz və məsuliyyətli şəkildə açılırlar. Mən həqqətən də inanıram və müşahidə olunan tendensiya onu göstərir ki, biz çox başqa vəziyyətdə ola bilərik,” Pens deyib.

2014-cü ildə president Barak Obamanın rəhbərliyi altında Qərbi Afrikadakı Ebola epidemiyası ilə mübarizə səylərinə başçılıq edən və tez-tez Trampı tənqid edən Ronald Klayn administrasiyanın planları ilə qəti razılaşmır.

“Mən Ağ Evin Ebola ilə Mübarizə koordinatoru vəzifəsindən HƏFTƏDƏ BEŞ YOLUXMA HALI olduğu zaman istefa etdim. Bəli, HƏFTƏDƏ BEŞ YOLUXMA HALI,” o Twitter hesabında yazıb.

Vaşinqton Universitetinin Sağlamlıq Ölçü və Evaluasiya İnstitutunun professoru Əli Mokdad deyib ki, o, işçqı qrupunu ləğv etmək yerinə onun diqqətini başqa yerə cəlb edərdi.

“Mən onu ləğv etməzdim, Mən COVID-19-dan bərpa işçi qrupu yaradardım,” Mokdad deyib.

İnstitut bazar ertəsi yeni proqnoz irəli sürüb və avqustun əvvəlinədək Birləşmiş Ştatlarda 135 min insanın koronavirusdan öləcəyini təxmin edir. İnstitut bu göstəriciləe evdə qalmaq və sosial məsafə tədbirləri yüngülləşdirildiyi təqdirdə mümkün olacağını deyib. Hazırda ABŞ-ın 30 ştatında bu tədbirlər yüngülləşdirilir.

Birləşmiş Ştatlarda indiyədək 1.2 milyon yoluxma halı və 71 mindən çox ölüm halı təsdiqlər.

COVID-19-un müalicəsi hələ ki, yoxdur, lakin ABŞ-ın Qida və Dərman Administrasiyası Ebola xəstələri üçün istifadə olunan dərmandan təcili durumlarda COVID-19 xəstələrində istifadə olunmasına icazə verib.

Remdesevir adlı dərmanın istehsalçısı Gilead Sciences çərşənbə axşanı əczaçı şirkətlərlə dərmanı Avropa, Asiya və inkişaf etməkdə olan ölkələr üçün istehsal etmək barədə danışıqlar apardığını elan edib. Şirkət deyib ki, “məqsəd Remdesivir-i dünya boyu xəsətlər və hökümətlər üçün əlçatan etməkdir.”

ABŞ-da aparılan sınaq göstərib ki, dərman vasitəsilə xəstələrin sağalma müddətini 30 faiz sürətlənib.

XS
SM
MD
LG