Accessibility links

Ağ Evə və Kapitoliyə Milad ağacları gətirildi


Bazar ertəsi Vaşinqtondakı Ağ Evə və Kapitoli binasına Milad bayramı üçün küknar ağacları gətirilib.

Kapitoliyə mavi 18 metrlik ağac Nyu-Meksikonun Karson milli meşəsində kəsilərək gətirilib. Ağac bu ayın əvvəlində kəsilib və Vqşinqtona gələnə qədər bir neçə yerdə dayanaraq, nümayiş etdirilib.

Yolka Nyu-Meksika ştatı sakinlərinin öz əlləri ilə hazırladığı oyuncaqlarla bəzənəcək və açılışı dekabrın 4-də ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pilosi tərəfindən həyata keçiriləcək.

Bu arada isə Ağ Evdə 2019-cü Milad yolkasını Birləşmiş Ştatların birinci xanımı Melaniya Tramp qarşılayıb. Keçən ildən fərqli olaraq, prezident Donald Tramp bu il yolka ağacını qarşılama mərasimində iştirak etməyib.

Ağ Evdə hər il Milad ağacının olması və həmin ağacın bəzədilməsi üçün xüsusi bir mövzuda dekorasiyanın seçilməsi ənənəsi sabiq birinci xanım Jaklin Kennedi dövründən qalıb. 1961-ci ildən bəri birinci xanımlar Ağ Evin bəzədilməsində vacib rol oynayır.

XS
SM
MD
LG