Accessibility links

Ağ Ev Moskvaya Navalnı həbsxanada öldüyü halda bunun "nəticələri" ilə bağlı xəbərdarlıq edib


ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan
ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan

ABŞ prezidenti Co Baydenin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan bazar günü CNN tele kanalına müsahibədə Birləşmiş Ştatlar hökumətinin Rusiyaya Kremlin tənqidçisi Aleksey Navalnının həbsxanada öldüyü halda bunun “nəticələri” barədə xəbərdarlıq etdiyini bildirib.

“Biz Rusiya hökumətinə Navalnı ilə həbsxanada baş verənlərin onların məsuliyyəti olduğunu və onların beynəlxalq ictimaiyyət tərəfindən məsuliyyətə cəlb olunacağını çatdırmışıq” - deyə , Sallivan bildirib.

Sallivan ABŞ-ın bir sıra mümkün tədbirləri nəzərdən keçirdiyini deyib.

“Görəcəyimiz konkret tədbirlərə gəldikdə, biz istifadə edə biləcəyimiz bir sıra müxtəlif ölçüləri nəzərdən keçiririk və mən indi bunları ictimaiyyətə açıqlamaq fikrində deyiləm, amma biz Navalnının öldüyü təqdirdə, bunun nəticəsiz qalmayacağını çatdırmışıq” – Sallivan əlavə edib.

Daha əvvəl Reuters agentliyi Navalnının böyrək çatışmazlığı riskinin artdığını və iki həftəlik aclıq aksiyasından sonra görmə qabiliyyətinin pisləşdiyi haqda məlumat verib.

Rusiya prezidenti Vladimir Putinin tanınmış opponenti bel ağrısı və ayaqlarının tutulması ilə əlaqədar ona lazımi tibbi yardım göstərilməməsinə etiraz olaraq martın 31-dən yemək qəbul etməkdən imtina edib.

Navalnı sovet dövrü sinir maddəsi zəhərləndikdən sonra yanvarın 17-də müalicə aldığı Almaniyadan Rusiyaya qayıtdığı zaman həbs olunub. O, zəhərlənməsində Kremli günahlandırıb. Rusiya rəsmiləri zəhərlənmə ilə hər hansı bir əlaqənin olduğunu inkar edib. Avropanın bir neçə ölkəsində laboratoriyalar Navalnının `noviçok` maddəsi ilə zəhərləndiyini təsdiq edib.

Navalnı Almaniyada müalicə aldığı uzun müddətdə fırıldaqçılıq ittihamı ilə şərti cəzanın şərtlərini pozduğuna görə 2 il yarım həbs cəzasına məhkum edilib. O, işin siyasi motivli olduğunu bildirib.

XS
SM
MD
LG