Accessibility links

Ağ Ev Putini Vaşinqtona dəvət edib


ABŞ-ın milli təhlükəsizlik müşaviri Con Bolton bildirib ki, Rusiya prezidenti Vladimir Putin gələn il Vaşinqtona dəvət olunub.

Bolton cümə günü Gürcüstanda ikən deyib: “Biz prezident Putini gələn il bir günlük müşavirə üçün Vaşiqntona dəvət etmişik".

O, Putinin səfəri üçün dəqiq vaxtın təyin edilmədiyini söyləyib.

Bolton qeyd edib ki, Putin və ABŞ prezidenti Donald Tramp Birinci dünya müharibəsinin baş çatmasının 100 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində noyabrın 11-də Parisdə görüşəcək.

Putin və Tramp iyul ayında Ukrayna böhranı, Suriya müharibəsi və Rusiyanın 2016-cı il ABŞ prezident seçkilərinə müdaxiləsi ilə bağlı kəskin fikir ayrılıqları yaşadığı bir vaxt iyul ayında Helsinkidə sammit keçirib.

XS
SM
MD
LG