Accessibility links

Huan Quaydo Ağ Evdə qarşılanıb


Ağ Ev çərşənbə günü ABŞ prezidenti Donald Trampın illik hesabatı zamanı sosialist prezidenti Nikolas Maduronu devirmək səylərini dəstəklədiyini qeyd etməsindən bir gün sonra Venesuelanın müxalifət lideri Huan Quaydonun məmnuniyyətlə qarşılandığını bildirib.

"Bu səfər Amerika Birləşmiş Ştatlarının Venesuela xalqına olan bağlılığını bir daha təsdiqləmək və Venesuelada davam edən böhrana son qoyacaq demokratik keçidi sürətləndirmək üçün prezident Quaydo ilə necə əməkdaşlıq edəcəyimizi müzakirə etmək üçün bir fürsətdir" - deyə, Ağ Ev bəyənatında bildirib.

Maduro hökumətini “qeyri-legitim diktatura” adlandıran bəyənatda ABŞ-ın “Venesuela xalqı ilə yan-yana dayanaraq, demokratik və firavan bir dövlət yaratmaq” istədiyi deyilib.

Müxalifətin Milli Assambleyanın prezidenti olan Quaydo Birləşmiş Ştatlar da daxil edilməklə, onlarla ölkə tərəfindən Venesuelanın prezidenti olaraq tanınıb. Təxminən üç həftədir ki, o, dəstəyi artırmaq məqsədi ilə beynəlxalq tura çıxıb.

Quaydo çərşənbə axşamı prezident Trampın illik hesabatı tədbirində qonaq idi. Respublikaçı Tramp çıxışı zamanı onu "bütün venesuelalıların ümidi, xəyalı və istəklərini həyata keçirəcək çox cəsarətli bir insan" kimi təsvir edəndə həm Demokrat, həm də Respublikaçı partiyalarının üzvləri bunu sürəkli alqışlarla qarşılayıb.

Maduro vaxtilə OPEC-ə üzv çiçəklənən zəngin neft ölkəsinin viran qalmasına xidmət göstərib. O, həmçinin korrupsiya və insan haqları pozuntularında ittiham edilib. O, Quaydonu onu devirmək istəyən ABŞ-ın marioneti adlandırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken və Lavrov Ukrayna gərginliyi ilə əlaqədar görüş keçirib
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG