Accessibility links

Ağ Ev sərhəd divarını maliyyələşdirmək yollarını axtarır


Belə görünür ki, ABŞ prezidenti Donald Tramp bu həftə höküməti qismən bağlamaq hədəsindən geri çəkilir, çünki Ağ Ev bildirir ki, administrasiya Konqresin Respublikaçı və Demokrat liderlərinin hökümətin bağlanmasının qarşısını almaq üçün nə kimi razılıq əldə edəcəklərini gözləyir.

Tramp ABŞ-Meksika sərhədi boyu divarın insaşı üçün $5 milyard dollar tələb edir, lakin Nümayəndələr Palatası və Senatın Demokrat liderləri bunu rədd edir.

Ağ Evin sözçüsü Sara Sanders deyib ki, ölkəninin cənubundakı divar üçün maliyyə əldə etməyin başqa yolları var.

Əgər Tramp istədiyini əldə etməsə, onun hökümətin bağlanmasına imkan verib-verməyəcəyi bəlli deyil.

Lakin əgər hökümət bağlansa, 800,000 federal işçi işə getməyəcək və işləmədikləri günlərə görə onlara maaş verilməyəcək.

Ağ Evin sözçüsü Sara Sanders deyib ki, ölkəninin cənubundakı divar üçün maliyyə əldə etməyin başqa yolları var, bura başqa idarələr üçün ayrılan pulları almaq da daxildir. Sözçü təfərrüata varmayıb.

Bir çox Tramp tərəfdarları Meksikadan qaynaqlanan qeqyri-qanuni müahcir axınını dayandırmaq üçün divar tikilməsi ideyasını dəstəkləyir.
Bir çox Tramp tərəfdarları Meksikadan qaynaqlanan qeqyri-qanuni müahcir axınını dayandırmaq üçün divar tikilməsi ideyasını dəstəkləyir.

Seçki kampaniyası zamanı seçici bazasına meksikadan gələn mühacir axınını dayandırmaq üçün sərhəddə divar tikəcəyini vəd etmiş Tramp uzun müddətdir divarın maliyyələşməsi istiqamtində səylər göstərir.

Müxalifətdə olan Demokratlar divar inşasını israfçılıq kimi dəyərləndirir və onun əleyhinə çıxır.

XS
SM
MD
LG