Accessibility links

Ağ Ev və Konqres nümayəndələri hökumətin qismən bağlanmasına son qoyulması üçün müzakirələri bazar günü davam etdirəcək


Ağ ev rəsmiləri və Konqres nümayəndələri hökumətin qismən bağlanmasına son qoyulması yollarını müzakirə etmək üçün bazar günü yenidən görüşəcək.

ABŞ federal hökuməti artıq iki həftədən artıqdır qismən fəaliyyətini dayandırıb.Hökumətin qismən fəaliyyətini dayandırması yüz minlərlə federal işçiyə təsir göstərir.

Hökümət prezident Donald Trampın ABŞ-Meksika sərhədində divar inşa etmək üçün $5 milyard tələb etməsi və Demokrat Partiyasının liderlərinin bunun əvəzində digər sərhəd təhlükəsizliyi xərclərinə $1,3 milyard dollar ayrılmasını təklif etməsindən sonra bağlanıb.

Konqresdəki demokratlar ABŞ liderinə divarın inşası üçün maliyyə verməməyə söz verib. Nümayəndələr Palatasının yeni seçilmiş spikeri Nensi Pelozi onu “əxlaqsız” adlandırıb.

Donald Tramp əvvəlcə hökümətin bağlanmasına görə məsuliyyəti öz üzərinə götürəcəyini bildirsə də, indi hazırkı vəziyyətə görə demokratları günahlandırır.

Tramp şənbə günü axşam Twitter sosial şəbəkəsində yazdığı mesajında sərhəd təhlükəsizliyi və digər məsələləri yüksək səviyyəli müşavirləri ilə müzakirə etmək üçün bazar günü Kemp Deyvid iqamətgahına gedəcəyini bildirib. O həmçinin üzərində “Divar gəlir” yazılmış fotosunu paylaşıb.

ABŞ hökümətinin qismən bağlanması o deməkdir ki, 380 min insan icbari məzuniyyətə göndərilib, əlavə 420 min nəfər isə işləyib, maaşlarını yalnız federal büdcə ilə bağlı mübahisə bitəndən sonra ala biləcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG