Accessibility links

Koronavirus yardım paketi ilə bağlı razılıq həftənin sonuna qədər əldə edilə bilər


Ağ Ev rəsmiləri və Konqresin yüksək səviyyəli demokrat qanunvericiləri çərşənbə günü, yeni koronavirus yardım paketi ilə bağlı danışıqların üçüncü günü üçün yenidən görüşməyi planlaşdırır. Qanunvericilər razılığın həftənin sonuna qədər əldə ediləcəyinə ümid edir.

Maliyyə naziri Stiven Mnuçin çərşənbə axşamı 90 dəqiqə davam edən danışıqlardan sonra əsas məqsədin təklifi yaxın günlərdə yekunlaşdırmaq üçün gələn həftə Konqresdə səsverməyə qoyulmasının olduğunu deyib.

Müzakirələrdə Ağ Evin qərargahlar rəisi Mark Medous, Nümayəndələr Palatasının spikeri Nensi Pelosi və Senatıdemokrat lideri Çak Şumer iştirak edib.

"Biz həqiqətən hər sualı dərindən müzakirə etdik. Onlar bəzi güzəştlər etdi, biz bəzi güzəştlərə getdik. Hələ də bir çox vacib məsələlər həll olunmayıb, lakin biz müzakirələri davam edirik" - deyə, Şumer çərşənbə axşamı iclasından sonra bildirib.

Ağ Evin qərargahlar rəisi Mark Medous bunu "çox guman ki, bu günə qədər etdiyimiz ən məhsuldar görüş" adlandırıb.

Tətəflərin yardım paketinin həcmi ilə bağlı təklifləri bir-birindən çox fərqlidir. Demokratlar yeni xərclər üçün 3 trilyon dollar təklif edir, Respublikaçılar isə bu rəqəmi 1 trilyon dollarla məhdudlaşdırmağa çalışır.

Pelosi və digər demokratlar ödənişləri 2020-ci ilin sonuna qədər uzatmaq istəyir. Prezident Donald Tramp və onun administrasiyası isə əlavə yardımın ilk olaraq həftədə 200 dollara qədər azaldılmasını və eyni zamanda işini itirənə qədər bir işçinin həftəlik maaşının 70 faizinin ödənilməsinə çalışır.​

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG