Accessibility links

Ağ Evdə maska taxılması icbari elan edilib - Tramp isə bundan imtina edir


Ağ Evdə maska taxılması icbari elan edilib - Tramp isə bundan imtina edir
please wait

No media source currently available

0:00 0:02:34 0:00

ABŞ prezidenti Donald Trampın maska taxmasından imtina etməsinə baxmayaraq, Ağ Ev işçilərin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin qaydalarına uyğun olaraq maska taxmasını tələb edir. Maska taxılıb-taxılmaması məsələsi koronavirus müharibəsinin yaşandığı bir dövrdə siyasi bir xarakter alıb.

Bu həftədən etibarən Ağ Evdə işçilər və ziyarətçilərin maska taxması icbari elan edilib. Belə ki, vitse-prezidentin mətbuat xidmətinin rəhbəri Keti Miller də daxil edilməklə, Ağ Evdə koronavirusa yoluxma halları qeydə alınıb.

Prezident Donald Tramp deyib ki, Ağ Evdə maskaları icbari edən məhz özü olub.

“Əgər məndən müəyyən məsafədə və ya biri-biriləri ilə müəyyən məsafədədirlərsə, maska taxmalıdırlar. Mənə gəlincə isə mən heç kimə yaxınlaşmıram.”

Tramp ictimaiyyət arasına heç vaxt maska ilə çıxmayıb. Hətta bu yaxınlarda maska istehsal edilən obyektə ziyarəti zamanı. Ötən ay prezident bunları demişdi.

“Düşünürəm ki, prezidentlər, baş nazirlər, diktatorlar, krallar və kraliçaları maska ilə qarşılamaq mənlik deyil.”

“ABŞ prezidentinin maska taxması ilə necə görünəcəyi onun üçün vizual bir təbliğatdır. Məncə bu, zəiflik əlamətidir” - deyə, Texasın A&M Universitetindən Cennifer Mersiyesa bildirib.

Aprel ayının əvvəllərində Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi koronavirusdan qorunmaq üçün amerikalılara maska taxılmasını tövsiyə etmişdi.

“İnsanların əksəriyyətinin maska taxması virusların yayılmasının qarşısını ala bilər. Bunun ikiqat imtiyazı var. Xəstəliyin ötürülməsinə mane olmaq üçün bu, olduqca mühüm bir işdir” - deyə, Vanderbilt Universitetindən Vilyam Şaffner bildirib.

Bəzi Asiya ölkələrindən fərqli olaraq ABŞ-da maska geymək adət halı almayıb.

Son rəy sorğularına görə, demokratların 79, respublikaçıların isə 59 faizi
hesab edir ki, maska qərarı siyasətin təsirindədir. O siyasət ki, qapanma göstərişinin əleyhinə olan amerikalıların etirazına səbəb olub.

Eyni qrup virus və onun azaldılması səylərinin Trampı yeniltmək üçün bir konspirasiya olduğuna inanır.

Qütbləşməkdə olan ictimai səhiyyə partiyalar arasında son on illiklərdən bəri davam edir.

Trampın prezidentin öldürüçü pandemiya dövründə digərlərinə nümunə olmalıdır deyən Nümayəndələr Palatasının spikeri Nensi Pelosi də daxil edilməklə, bir çoxlarının tənqidinə səbəb olub.

XS
SM
MD
LG