Accessibility links

Ağ Evdə peyvənd kampaniyasına dair sammit keçirilir, Bayden səhiyyə sahəsində yüksək vəzifələrə namizədlərin adlarını açıqlayır


Ağ Evdə çərşənbə axşamı COVID-19-a qarşı peyvənd kampaniyasına dair sammit keçirilir.

ABŞ prezidenti Donald Tramp sammit iştirakçıları qarşısında çıxışında peyvənd üzərində işləyən mütəxəssislərin işini yüksək qiymətləndirib. O, vaksinin ABŞ tənzimləyici orqanları tərəfindən təsdiqlənəcəyinə bir neçə gün qaldığını xatırladıb.

Trump effektiv peyvəndin uğurlu şəkildə inkişaf etdirilməsinin müasir tarixdə müstəsna bir nailiyyət olduğunu vurğulayıb. ABŞ prezidenti peyvəndin pulsuz olacağını qeyd edib. O həmçinin ABŞ-ın peyvəndi digər ölkələrlə paylaşacağını bildirib.

ABŞ prezidenti Donald Tramp Ağ Evdə tədbirdə çıxış edir, 8 dekabr, 2020.
ABŞ prezidenti Donald Tramp Ağ Evdə tədbirdə çıxış edir, 8 dekabr, 2020.

Ağ Evdə keçirilən toplantıda Operation Warp Speed (Səsdən sürətli əməliyyat) proqramının mütəxəssisləri, ştatlar və bizneslərin nümayəndələri iştirak edir. Vitse-prezident Mayk Pens də zirvə toplantısı iştirakçıları arasındadır.

ABŞ-ın Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Robert O'Brayan, Səhiyyə naziri Aleks Azar, prezidentin müşaviri Cared Kuşner, Ağ Evin Pandemiya üzrə İşçi Qrupun koordinatoru Debora Börks və Operation Warp Speed proqramının meneceri Moncef Slaui da sammitdə iştirak edirlər.

Toplantıda çıxış edən Slaui ən qısa müddətdə peyvəndin hazırlanmasına imkan verən texnologiyalar haqda danışıb.

Tədbirin məqsədi hazırlanmış peyvəndin təhlükəsizliyinin vurğulanması və onun yayılması üçün planların müəyyənləşdirilməsindən ibarətdir.

ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenin administrasiyasında səhiyyə sahəsində yüksək vəzifələrə namizədləri təqdim edir, 8 dekabr, 2020.
ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenin administrasiyasında səhiyyə sahəsində yüksək vəzifələrə namizədləri təqdim edir, 8 dekabr, 2020.

Yeni seçilmiş prezident Co Baydenin keçid komandasının nümayəndələri zirvəyə dəvət olunmayıb. Yanvarın 20-də inaqurasiyadan sonra yeni administrasiya ölkə tarixində ən böyük peyvənd proqramının davam etdirilməsinə nəzarət edəcək.

Bu arada, Bayden çərşənbə axşamı administrasiyasında səhiyyə sahəsində yüksək vəzifələrə namizədlərin adlarını açıqlayacaq. Bayden keçmiş konqresmen Xavier Beserranı ölkədə virusla mübarizəyə rəhbərlik etmək və qarşıdakı aylar milyonlarla insanın peyvənd edilməsi prosesinə nəzarət etmək üçün Səhiyyə və Sosial Xidmətlər agenliyinin rəhbəri vəzifəsinə nominasiya edib.

ABŞ-ın Ərzaq və Dərman İdarəsinin çərşənbə axşam ölkənin dərman istehsalçısı Pfizer və Almaniyanın BioNTech şirkəti tərəfindən hazırlanmış COVID-19-a qarşı peyvəndin Birləşmiş Ştatlarda təcili istifadə üçün təsdiq edəcəyi gözlənilir.

Cons Hopkins Universitetinin məlumatına görə, ABŞ-da 15 milyon yoluxma halı və 283 700-dən çox ölüm halı qeydə alınıb.

XS
SM
MD
LG