Accessibility links

Ağ Evin intriqaları Casusluq muzeyinə diqqəti artırıb [Video]


Ağ Evin intriqaları Casusluq muzeyinə diqqəti artırıb
please wait

No media source currently available

0:00 0:02:22 0:00

Ağ Evin intriqaları Casusluq muzeyinə diqqəti artırıb

Vaşinqtonun siyasi həyatı qəribə və çaşqın dövrünü yaşayır. Siyasətçilər rus vəkillərlə görüşür, Ağ Ev öz kəşfiyyatı ilə qarşı-qarşıyadır. Lakin Vaşinqtonda baş verənlər casusların gizli dünyası üçün yeni marağa səbəb olur.

Cəmi bir neçə küçə o tərəfdə hər gün baş verən siyasi intriqaya baxmayaraq, Vaşinqtonda yerləşən Casusluq muzeyi bu işlərə qarışmır. Muzeyin yeni direktoru Kris Kosta bildirir ki, muzey faktlar və obyektiv məlumatlarla məşğuldur və siyasi ritorikanı mütəxxəsislərə və sabiq təhlükəsizlik rəsmilərinə buraxır. O deyir ki, sabiq işçilərə hökümət işini tərk etdikdən sonra açıq danışmaq ixtiyarı verilir. Onlar mövcud hadisələrə diqqət yetirmirlər. Onların məqsədləri ictimaiyyəti tarixi baxımdan məlumatlandırmaqdır. Muzeydə müasir hadisələr tarixi nəzərdən kontekstləşdirilir.

Polkovnik Kris Kosta getdikcə maraqlanan ictimaiyyətə daha çox casusluq sənətinin əsaslarını öyrətmək istəyir. O bunu ABŞ hərbi qüvvələrində 34 il əks-kəşfiyyatda işlədikdən sonra daha yaxşı bilir. Kosta deyir ki, Casusluq muzeyinin direktoru olmağa öyrəşmək vaxt aldı. Lakin sonra hər şey yoluna düşdü, bu onun sahib olduğu imkanlar, cəmiyyətlə əlaqəyə girmək, məsuliyyətlə öz hekayəsini danışmaq üçün böyük bir fürsət idi.

Sərgilənən eksponatların yanından keçərkən, casusluq muzeyinin direktoru keçmiş gizli əməliyyatları və dondurma ilə əlaqəli bir əhvalatı xatırladı. O deyir ki, ilk dəfə maska –saxta bığ taxmışdı. Ona bu saxta bığı taxmaq əmri verildi və o detalları soruşmadı, lakin sonra ona dondurma yemək əmri verildi. O deyir ki, dondurmanı yediyi zaman saxta biığın düşəcəyini düşünmək dəhşətli idi.

Polkovnik Kostanın təhlükəli həyatı geri qoyub, yeni rolda öz ölkələrini qorumaq üçün kölgədə qalan aqentlərin işini təqdim etməsini çox ciddi qəbul edir. O deyir ki, bu uğurlu bir təklifdir. O burada bütün bu işlərlə bağlı ictimaiyyətə danışa bilməyən şəxsləri təmsil edir.

İctimaiyyətin casusluğa və onun tarixdə oynadığı rola olan marağı 2002-ci ildə muzey ilk dəfə açıldıqdan sonra daha da artıb. Muzey yeni binaya köçməyi planlaşdırır. Muzeyin direktoru, orada daha çox casusluq qurğularının olacağını, ictimiayyətin gizli və həyəcanla dolu casusluq dünyası haqqında maraqlarını təmin etmək üçün daha çox hekayələr eşidəcəyini söyləyir.

XS
SM
MD
LG