Accessibility links

Ağ-qara fotolar 1980-ci illərdə immiqrant həyatına işıq salır


Ağ-qara fotolar 1980-ci illərdə immiqrant həyatına işıq salır
please wait

No media source currently available

0:00 0:02:19 0:00

Ağ-qara fotolar 1980-ci illərdə immiqrant həyatına işıq salır

1981-ci ildə Bad Qlik foto kamera ilə Çaynatauna gələrək oradakı həyatı sənədləşdirməyə başlayıb. Məhşur Çin məhəlləsinin qapalı cəmiyyətlərinə tanımadıqları şəxsi buraxmaq istəməyən sakinlər onu cəlb edirdi. Lakin sakinlər Qlikin şəkillərini gördükdən sonra hər şey dəyişdi.

Tarixi dəyərin bu fotoları bir xəzinəyə çevirdi.

Onlar Manhattanın Çaynataun məhəlləsindəki həyatı Nyu-Yorkdakı ən qapalı icmalardan biri olduğu bir vaxtda sənədləşdiriblər.

“Bunu ilk başlayanda 29 yaşım var idi, indi 67 yaşım var”, fotoqraf Bad Qlik deyir.

Bad Qlik 1981-ci ildə ağ-qara foto-şəkillər çəkməyə başlayıb.

Amerika Çinliləri Muzeyi ondan Çaynataunun şəkillərini çəkməyini istəyib.

Tezliklə o öz işinin heyranı oldu.

“Təəssüratlarım.. əhalinin sıxlığı, canlı küçə həyatı məni heyran etdi”, fotoqraf Bad Qlik deyir.

Lakin sakinlərin onu qəbul etməsi üçün vaxt lazım oldu.

“Mən küçə ilə gedirdim və insanlar `şəkil çəkmə, çəkmə` deyirdilər. Hətta üstümə vedrə ilə su tökən də olub. Lakin soyuq yanvar günündə küçə ilə gedərkən Frenki Uonq adlı şəxs təbəssümlə mənə tərəf çönərək, `mənim şəklimi çək!`, dedi. Mənim üçün bu bir dəvət idi”, fotoqraf Bad Qlik deyir.

Sakinlər foto-şəkilləri gördükdən sonra Bada öz həyatlarını göstərməyə başladırlar-

sıx camaşırxanaları..

kişilərin maconq oynadığı dar ambarları...

kiçik mənzilləri..

və səliqəsiz paltar fabriklərini.

Qlik 30 ildən uzun bir müddət ərzində çəkdiyi fotoları rəqəmsallaşdırıb və onları onlayn olaraq nəşr edib.

Bir gün foto əlavə edilmiş bir elektron məktub aldı. Bu, Çaynataunda ilk foto-şəklin qəhrəmanı Frenki Uonqun şəkili idi.

“O mənə, `Çaynataunda böyüməyimin nə olduğunu göstərmək üçün mənim, atam və kiçik qardaşımla olan şəklimizi əlavə etdim` yazdı”, fotoqraf Bad Qlik deyir.

Qlik dərhal gənc oğlana onun və ailəsinin daha çox şəklini göndərib.

Bu gün bu şəkillər o zamandan dəyişmiş Çaynataunun o dövrünün sənədləşdirilmiş xatirəsidir.

İcma əvvəlki kimi qapalı və sıx deyil. Bir çox miqrant icmaları başqaları ilə qarışıb və yoxa çıxıb.

Lakin Çaynataunun bir çox yerlərində Qlik hələ də xüsusi qonaqdır.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ-da prezident seçkiləri günüdür
please wait

No media source currently available

0:00 0:14:10 0:00
XS
SM
MD
LG