Accessibility links

Ağrı hissini bərpa edən elektron dəri [Video]


Ağrı hissini bərpa edən elektron dəri
please wait

No media source currently available

0:00 0:01:53 0:00

Protez əl normal ələ bənzəyə və əl kimi hərəkət edə bilər. Amma normal əl kimi hiss edə bilərmi? Cons Hopkins Universitetinin magistratura tələbəsi Lük Osborn bunun mümkün olduğunu deyir. Osborn əlləri amputiasiya edilən insanlara təzyiq və hətta ağrıyı hiss etməyə yardım edəcək “elektron dəri” inkişaf etdirib.

Biz onu elə hazırlamışıq ki, barmaq uclarına da yapışdırıla bilsin. Biz onu öz dərimizə əsaslanaraq dizayn etmişik. Belə ki, bizim dərimizdə müxtəlif reseptorlar bar. Biz isə düşündük ki, əgər süni dəri, yəni e-dermis, yaradırıqsa, onu təbii dərinin biologiyasına ən yaxın şəkildə hazırlamalıyıq
Lük Osborn

Parça və rezindən hazırlanan və ötürücü reseptorlarla təchiz olunan uzadıla bilən dəri protez ələ sarılır və amputasiya olunan oynağın kəsildiyi yerdəki mövcud sinirlərə, daha sonra isə beyinə elektrik siqnal yollayır.

“Biz onu elə hazırlamışıq ki, barmaq uclarına da yapışdırıla bilsin. Biz onu öz dərimizə əsaslanaraq dizayn etmişik. Belə ki, bizim dərimizdə müxtəlif reseptorlar bar. Biz isə düşündük ki, əgər süni dəri, yəni e-dermis, yaradırıqsa, onu təbii dərinin biologiyasına ən yaxın şəkildə hazırlamalıyıq” – deyə, Osborn bildirir.

Təzyiq siqnallarının dərəcəsi əlin toxunduğu əşyadan asılıdır. Belə ki, küt bir əşyanı əldə tutmaq asan ola bilər, amma iti əşya elektron dərini sancır və ağrıya səbəb olur. Bu isə insanda refleks hissi oyadır.

E-dermisin inkişaf etdirildiyi neyromühəndislik və biotibbi laboratoriyaya başçılıq edən professor Nitiş Takor deyir ki, həyatda qalmaq üçün ağrını hiss edə bilmək çox vacibdir.

“Nə üçün bizim hiss qabiliyyətimiz və dərimiz var ? Əslində bizi qorumaq üçün, düzdürmü? Bəs biz özümüzü necə qoruyuruq? Məsələn, əgər toxunduğumuz bir şey çox istidirsə, biz ağrı hiss edirik”, Takor söyləyir.

Mümkündür ki, elektron dəridən robotoktexnika sahəsində də istifadə olunsun, amma Osborn hələ ümid edir ki, bu dəri amputasiya olunan insanlarda hiss etmə duyğusunu bərpa etməyə yardım edə bilər.

Elektron dəri
Elektron dəri

“İllər boyu olmayan əlinə nəyinsə toxunduğunu hiss edə bilmək möcüzəvidir”, Osborn deyir.

Hazırkı araşdırmada ağrı və toxunma reseptorları tədqiq olunsa da, tədqiqatçılar deyir ki, gələcəkdə eyni prinsiplər fərqli hiss etmə duyğularına da tətbiq oluna bilər.

XS
SM
MD
LG