Accessibility links

Ağstafa rayon İcra Hakimiyyətinin keçmiş başçısı həbsxanada COVID-19-dan vəfat edib


Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı Nizaməddin Quliyevi saxlayarkən

Ağstafa rayon İcra Hakimiyyətinin keçmiş başçısı, həbsdə olan Nizaməddin Quliyev bu gün, sentyabrın 8-də vəfat edib. Onun Gəncə modul tipli xəstəxanasında COVID-19-dan vəfat etdiyi bildirilir.

Nizaməddin Quliyev və başqaları vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işləri üzrə 2019-cu ilin dekabrında saxlanılıb.

Bu ilin avqustun 7-də Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nizaməddin Quliyev 9 il müddətində azadlıqdan məhrum edilib.

Həbs yerlərində COVID-19-a yoluxanların sayı ilə bağlı rəsmi mənbələrdən məlumat almaq mümkün olmayıb. Bununla yanaşı, hüquq müdafiəçiləri və həbsdə olanların yaxınlarının dediklərinə görə, hazırda həbs yerlərində onlarla məhbus koronavirusa yoluxub.

Penitensiar Xidmətdəki rəsmi mənbə Amerikanın Səsinə deyib ki, həbs yerlərində epidemioloji vəziyyət tam nəzarət altındadır. Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına uyğun olaraq məhbuslardan testlər götürülür, qoruyucu maskalar verilir, həbs yerləri spirt tərkibli təmizləyici maye ilə təmin olunub.

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 24 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:28:23 0:00
XS
SM
MD
LG