Accessibility links

Ağstafada dörd nəfər qətlə yetirilib


Daha 3 nəfər yaralanıb

Ağstafa rayonunun Böyük Kəsik kəndinin (Bakıdan 442 kilometr qərb) ərazisindəki kənd təsərrüfatı məhsullarının satış bazarında 4 nəfər odlu silahla qətlə yetirilib, daha 3 nəfər ağır bədən xəsarətləri alıb. Hadisə iyunun 17-də baş verib.

Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin məlumatınada deyilir ki, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və daşıma) maddələri ilə cinayət işi başlanılıb.

"İlkin araşdırmalarla cinayətin Ağstafa rayonunun Sadıxlı kənd sakini Elnur Süleymanov tərəfindən şəxsi münasibətlər zəminində qisas almaq niyyətilə törədilməsi, bu zaman onun “Kalaşnikov” markalı avtomat silahdan istifadə etməsi müəyyən olunub. Elnur Süleymanov Ağstafa Rayon Polis Şöbəsinə könülü gələrək təslim olub, cinayətin aləti olan odlu silahı istintaq orqanına təqdim edib," məlumatda qeyd edilir.

Elnur Süleymanov barəsində Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulmuş ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG