Accessibility links

AŞPA Azərbaycanda siyasi məhbus problemi ilə bağlı qətnamənin yerinə yetirilmədiyini bildirir


Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Hüquq və İnsan Haqları Bürosu bildirib ki, Azərbaycanda 2020-ci ilin yanvarında AŞPA-nın qətnaməsində təsbit edilən və təsvir olunan siyasi məhbus problemi “səlahiyyətlilər tərəfindən lazımınca tanınmayıb və həll edilməyib”.

Bu barədə adı çəkilən büronun iyunun 23-də yayılan hesabatında deyilir.

Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi Sunna Ovarsdottir (İslandiya) tərəfindən hazırlanan və AŞPA-nin Hüquq Komitəsi tərəfindən dünənki iclasda təsdiqlənən hesabatda qətnamənin əksər müddəalarının səlahiyyətlilər tərəfindən “yerinə yetirilmədiyi” bildirilib.

“Yalnız istisnalar, İlqar Məmmədov və Rəsul Cəfərova verilən hökmlərin bağışlanılmaz dərəcədə ləğv edilməsidir,” Avropa Şurasının press-relizində deyilir.

Ayrı bir açıqlamada Hüquq Komitəsi, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin məruzəçi ilə səlahiyyətlərini yerinə yetirməkdə əməkdaşlıqdan imtina etməsinə, habelə Azərbaycan hakimiyyət orqanlarının məcburi qərarlarına tam riayət etməkdən imtina etməsinə görə "xüsusi məyusluq" bildirib.

Yerli hüquq müdafiəçiləri də ölkədə siyasi məhbus kimi tanıdıqları şəxslərin probleminin həll olunmamış qaldığını bildirir.

Bu il iyunun 4-də "Azərbaycanda Siyasi Məhbusların Azadlığı Naminə" İttifaq siyasi motivlərlə həbs edilən və mühakimə olunan şəxslərin yeni siyahısını açıqlayıb.

Təşkilatın koordinatoru Elşən Həsənov Amerikanın Səsinə bildirib ki, yenilənmiş siyahıda 121 nəfər var, onlar 7 qrupa bölünüb.

“Jurnalistlər və blogerlər" qrupunda - 7 nəfər, “Müxalifət partiyalarının və hərəkatların üzvləri” qrupunda - 6 nəfər, "14-15 iyul 2020-ci il mitinqindən sonra həbs olunanlar" qrupunda - 3 nəfər, “Dindarlar" qrupunda -19 nəfər, "Tərtər işi üzrə mühakimə olunanlar" qrupunda - 27 nəfər, “Gəncə işi üzrə mühakimə olunanlar" qrupunda - 45 nəfər, "Ömürlük məhkumlar" qrupunda - 14 nəfər var.

Öz növbəsində, rəsmi Bakı ölkədə siyasi məhbusların olmadığını, insanların qanun qarşısında bərabər olduğunu bəyan edir. Dövlət rəsmiləri beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır.

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG