Accessibility links

AŞPA Azərbaycanda və digər Avropa ölkələrində çirkli pulların yuyulması haqqında qətnamə qəbul edib


AŞPA
AŞPA

Sənəd Hüquq məsələləri və insan hüquqları komitəsi tərəfindən təqdim edilib

Aprelin 11-də Strasburqda AŞPA-nın yaz sessiyasında "Korrupsiya maşını (Korrupsiya laundromadı): mütəşəkkil cinayətkarlığa və çirkli pulların yuyulmasına qarşı beynəlxalq təhlükələrə reaksiya" adlı (2279) qətnamə qəbul edilib.

Sənəd Hüquq məsələləri və insan hüquqları Komitəsi tərəfindən təqdim edilib, məruzənin müəllifi Hollandiyalı deputat Mart van de Vendir.

Məruzənin xülasəsində qeyd edilib ki, Avropa Şurası əvvəlki "Azərbaycan lanudromadı" məruzəsində əks olunmuş faktlardan narahat olub. Bu məruzədə Azərbaycan nümayəndələri tərəfindən böyük məbləğdə çirkli pulların yuyulmasından, Avropa xadimlərinin və deputatlarının ələ alınmasından söhbət gedirdi. Bu, Avropa Şurasında Azərbaycan hakimiyyətinin maraqlarını təbliğ etmək məqsədilə edilib. Moldovada, xüsusən ölkənin məhkəmə sistemində də bənzər faktlar aşkar edilib.

AŞPA bu məqsədlə Azərbaycandan 2,9 milyard dolların çıxarılması faktından narahatdır. Buna görə məsuliyyəti biznesmenlər, mütəşəkkil cinayətkar qruplar və hökumət daşıyır
AŞPA-nin qətnaməsindən sitat

AŞPA bu məqsədlə Azərbaycandan 2,9 milyard dolların çıxarılması faktından narahatdır.

Buna görə məsuliyyəti biznesmenlər, mütəşəkkil cinayətkar qruplar və hökumət daşıyır, deyə məruzədə bildirilir.

Çirkli pulların yuyulması sistemi Latviyanın bank sektorunda da aşkar edilib, burada təqsirli şəxslər faktiki olaraq cəzadan yayınıblar.

"Azərbaycandan pulun böyük hissəsi Danske Bankın Estoniya filialı vasitəsilə daxil olub. Pulların əsas alıcısı İtaliyalı deputat Luka Volonte, habelə Belçikalı Alen Deksteş, alman Karl Strents və Eduard Litner və Sloveniyadan Zmaqo Yelinçiça Plemeniti idi.

Azərbaycan hakimiyyətinə dərhal bu iddiaların qərəzsiz araşdırılmasına başlamaq çağırışı yer alan AŞPA-nın 2185 saylı (2017) qətnaməsinə baxmayaraq, heç nə edilməyib və bu prosesə fəal cəlb olunmuş iki Azərbaycan parlamentarisi - Elxan Süleymanov və Müslüm Məmmədov hər hansı cəzaya məruz qoyulmayıb," məruzədə qeyd edilir.

Daha sonra sənəddə bu vəziyyətin səbəbləri sadalanır. Bunlar korrupsionerlərin cəzasızlığı, çirkli pulların yuyulmasına qarşı mübarizə üzrə qeyri-adekvat hüquqi tədbirlər, biznesdə və şirkətlərin mülkiyyəti məsələsində şəffaflığın olmaması, istintaq orqanlarının formal hərəkətləri, çirkli pulların yuyulmasına görə məhkəmə təqiblərindən imtina və s.-dir.

Pedro Aqramunt, AŞPA-nın korrupsiya ittihamları ilə üzləşən prezidenti
Pedro Aqramunt, AŞPA-nın korrupsiya ittihamları ilə üzləşən prezidenti

Azərbaycanda korrupsiyanın daha bir səbəbi korrupsiyaya və digər cinayət fəaliyyətinə mühüm demokratik nəzarəti təmin edən müstəqil vətəndaş cəmiyyətinin və KİV-lərin boğulması və onların fəaliyyətinin qarşısının alınmasıdır.

Bununla əlaqədar Assambleya Rusiya Federasiyasını KİV-də bəhs edilən çirkli pulların yuyulması faktlarını tam və səmərəli şəkildə araşdırmağa, müvafiq cinayətləri törədən hər kəsi cəzalandırmağa, bu cür faktların araşdırılmasında digər ölkələrin orqanları ilə əməkdaşlıq etməyə çağırır.

Azərbaycan hakimiyyətini çirkli pulların yuyulması hallarını tam və səmərəli şəkildə araşdırmağa, cinayətləri törədənləri cəzalandırmağa, müstəqil vətəndaş cəmiyyətinin və KİV-lərin hüquq və azadlıqlarına hörmət etməyə çağırırıq.
AŞPA-nin qətnaməsindən sitat

Moldova hakimiyyəti çirkli pulların yuyulmasını tam və səmərəli şəkildə araşdırmağa, təqsirkarları cəzalandırmağa, korrupsionerlərin dövlət vəzifələri tutmasını qadağan etməyə çağırılıb.

Azərbaycan hakimiyyəti KİV-lərin nəşrlərini nəzərə alaraq, çirkli pulların yuyulması hallarını tam və səmərəli şəkildə araşdırmağa, müvafiq cinayətləri törədənləri məsuliyyətə cəlb etməyə və cəzalandırmağa, müstəqil vətəndaş cəmiyyətinin və KİV-lərin hüquq və azadlıqlarına hörmət etməyə, AŞPA üzvlərinin korrupsiya faktlarını aşkar edən AŞPA-nın 2185 (2017) saylı qətnaməsinə dərhal cavab verməyə çağırılıb.

Estoniya və Böyük Britaniya maliyyə nəzarətinin gücləndirilməsi üçün tədbirlər görməyə, Danske Bank əməkdaşlarına, o cümlədən rəhbərliyinə qarşı cinayət xarakterli tədbirlər görməyə çağırılıb.

Avropa İttifaqı ölkələri çirkli pulların yuyulmasına qarşı səmərəli mübarizəni təmin etməli, bank sektorunun fəaliyyətinə düzəlişlər etməlidirlər.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG