Accessibility links

AŞPA həmməruzəçiləri: "Azərbaycan höküməti pandemiyadan sui-istifadə edir"


Azərbaycan hökümətinin koronavirus pandemiyasından siyasi repressiyalara haqq qazandırmaq üçün istifadə etməsi Avropa Şurası Parlament Assambleyasının (PACE) həmməruzəçilərini qəzəbləndirib.

Həmməruzəçilər Sunna Evarsdottir, Sör Rocer Geyl və Stefan Şennak cümə axşamı Azərbaycan Prezidenti İlham Əliyevin Novruz bayramı təbrikində koronavirus pandemiyası ilə mübarizə çərçivəsində ölkədəki müxalifəti təcrid edəcəyinə işarə etməsinə münasibət bildirib.


"Azərbaycan hökümətinin rüsvayçı şəkildə koronavirus pandemiyasından ölkədə təzyiqlərə üzləşən siyasi müxalifətə qarşı yenidən təqiblər aparmaq üçün sui-istifadə etməsi məni heyrətləndirir və dəhşətə gətirir. Hər hansı dövlət başçısının ictimai sağlamlıqla bağlı fövqəladə vəziyyətdən hakimiyyətini gücləndirmək üçün sui-istifadə etməsi inanılmazdır," Sör Rocer Geyl deyib.

Stefan Şennak bildirib ki, "prezident Əliyevin ölkəsindəki müxalifəti təsvir etmək üçün işlətdiyi sözlər və onları satqın 'beşinci kolon' adlandırması son dərəcə qeyri-demokratikdir."

Belə görünür ki, Azərbaycan höküməti yeni razılaşdırılmış siyasi repressiya dalğası başladıb.
Sunna Evarsdottir

"Bu cür ictimai fövqəladə vəziyyətin olduğu zamanlarda siyasətlə bağlı debat aparmaq və ictimaiyyət arasında informasiyanın azad axınını təmin etmək üçün siyasi plüralizm və məsuliyyətli ifadə azadlığı çox mühüm rol oynayır," o əlavə edib.

Sunna Evarsdottir isə aparıcı müxalif siyasətçi Tofiq Yaqublunun xuliqanlıq ittihamı ilə həbs olmasına reaksiya olaraq bildirib ki, "mənim indiyədək eşitdiyim hər şey cənab Yaqubluya qarşı ittihamların uydurma olduğunu və onun yenidən siyasi məhbus olduğuna işarə edir. Belə görünür ki, Azərbaycan höküməti yeni razılaşdırılmış siyasi repressiya dalğası başladıb". Sunna Evarstdottir bunu ölkənin Avropa Şurasındakı gələcəyi üçün yaxşı hal olmadığını söyləyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG