Accessibility links

AŞPA-nın payız sessiyasında Ermənistan-Azərbaycan münaqişəsinin nəticələri haqqında məruzə dinlənəcək


AŞPA
AŞPA

Avropa Şurası Parlament Assambleyasının Miqrasiya Komitəsi Ermənistan və Azərbaycan arasında bu yaxınlarda baş vermiş münaqişədən sonra hər iki ölkə üçün yaxın və uzaq gələcəkdə humanitar nəticələrin aradan qaldırılması və sülh və barışıq prosesinə doğru irəliləmə üzrə bir sıra tövsiyələr hazırlayıb.

Bu barədə AŞPA-nın saytında yer alan məlumatda deyilir.

Hər iki ölkəyə səfər etmiş Pol Qavanın (İrlandiya, UEL) hesabatı əsasında qətnaməni və tövsiyəni təsdiq edən komitə bildirib ki, 44 günlük müharibə ilə bağlı “çoxsaylı ittiham və cinayətlərdən, hərbi cinayətlərdən və digər qanunsuz əməllərdən narahatdır”.

Komitə hər iki ölkəni “ittihamları tam şəkildə araşdırmağa və təqsirli bilinən hər kəsi, o cümlədən yüksək səviyyədə olanları məsuliyyətə cəlb etməyə”, həmçinin onlara qarşı verilmiş şikayətlərlə bağlı Avropa İnsan Hüquqları Məhkəməsi ilə tam həcmdə əməkdaşlıq etməyə çağırıb.

“Hesabatlılıq olmasa və hər hansı həqiqət və barışıq forması olmasa, bu ittihamlar nəsillər boyunca iki ölkə arasında münasibətləri zəhərləyəcək və münaqişənin nəticələri davam edəcək”, deyə Komitədən qeyd ediblər.

Bundan əlavə Azərbaycanın bu ilin12 iyun-da 15 ermənini, daha sonra iyulun 3-də daha 15 nəfəri azad etməsini, bunun nəticəsində vətənə qayıdanların sayının 100 nəfəri keçməsini alqışlayan komitə Azərbaycan hakimiyyətini bütün əsirlikdə qalan şəxsləri azad etməyə və Ermənistana qaytarmağa çağırıb.

Komitə noyabrda elan edilmiş atəşkəsdən sonra 159 azərbaycanlının və 5 erməninin minaya düşərək həlak olması və ya yaralanması ilə bağlı təəssüfünü bildirib və Ermənistanı “onda olan bütün minalanmış sahələrin xəritələrini dərhal verməyə” çağırıb.

Təşkilat həmçinin 2021-ci ilin mayından sonra sərhəddə baş vermiş müxtəlif hadisələrdən sonra hər iki tərəfi gərginliyi azaltmağa və sərhədin demarkasiyası prosesi haqqında danışıqlara başlamağa çağırıb.

Məcburi köçkünlərə gəlincə, komitə beynəlxalq ictimaiyyəti Ermənistanı və Azərbaycanı dəstəkləməkdə davam etməyə çağırıb və hər iki ölkəni Avropa Şurasının təcrübəsindən səmərəli şəkildə istifadə etməyə çağırıb. Komitə həmçinin hər iki ölkəyə ədavət salınmasını, habelə ədavət zəminində cinayətlərə qarşı mübarizə addımları atmağı, o cümlədən Avropa Şurasının yardımı ilə müvafiq qanunvericiliyi qəbul etməyi tövsiyə edib.

Komitə qeyd edib ki, uzanan münaqişə regionun mədəni irsinə və mülkiyyətinə “dəhşətli” təsir göstərib.

Komitə üzvləri Qavanın sentyabrın 27-də payız plenar iclasında müzakirə ediləcək məruzəsinə əlavə edilən iki xüsusi rəy təqdim ediblər.

Xatırlatma

Dağlıq Qarabağda Ermənistan və Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də yenidən hərbi əməliyyatlar başlayıb.

Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində 300-dən çox yaşayış məntəqəsi, o cümlədən 5 rayon, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri döyüş əməliyyatlarının dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.

Razılışmaya əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb.

Rəsmi məlumatlara görə, azad edilmiş ərazilərdə münaqişədən əvvəl mövcud olan bütün təhsil müəssisələrinin və uşaq bağçalarının binaları dağıdılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG