Accessibility links

AŞPA-nın Siyasi məhbuslar üzrə məruzəçinin Bakıya səfəri təxirə salınıb


Torhildur Sunna Evarsdottir

Avropa Şurasının Parlament Assambleyasının Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi, islandiyalı deputat Torhildur Sunna Sunna bu həftə Azərbaycana gələ bilməyəcək.

Buna səbəb ölkə hakimiyyəti bayramla əlaqədar səfəri "əlverişsiz" hesab edib.

"Hakimiyyət və vətəndaş cəmiyyəti ilə siyasi məhbuslar məsələsinin müzakirəsi üçün Azərbaycana səfərimin təxirə salınmasından məyus oldum. Hakimiyyət bayramla əlaqədar həmin günlərin əlverişsiz olduğunu bildirdi. Sentyabrı gözləyəcəyik", - iyunun 4-də o, Twitter hesabında yazıb.

Siyasi məhbuslar
Siyasi məhbuslar

2019-cu ilin yanvarın 22-də AŞPA-nin Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi təyin edilmiş İslandiyadan olan deputat Torhildur Sunna siyasi məhbuslarla bağlı ilkin memorandumu hazırlayaraq, AŞPA İnsan Hüquqları və Hüquq Komitəsinə təqdim edib.

Aprelin 9-da Strasburqda Avropa Şurasının Parlament Asambleyasının yaz sessiyası çərçivəsində AŞPA-nın Monitorinq və Hüquqi Məsələlər və İnsan Hüquqları komitələri Azərbaycanda siyasi məhbus problemi ilə bağlı dinləmələr təşkil edib. Tədbiri açan Hüquqi Məsələlər və İnsan Hüquqları komitəsinin sədri, Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi Torhildur Sunna Eyvarsdottir (İslandiya) deyib ki, bu ilin martında onlarla siyasi məhbusun azadlığa çıxmasına səbəb olan əvf fərmanından sonra bu problem hələ də tam həllini tapmayıb. Bu günə qədər hüquq müdafiəçilərinin siyasi məhbus kimi tanıdığı 70-ə yaxın insan həbsdədir.

Azərbaycan hökuməti birmənalı şəkildə ölkədə syasi məhbusların olmadığını bildirir. Hökumət rəsmiləri fundamental azadlıqların tam təmin edildiyini, insanların qanun qarşısında bərabər olduğunu, siyasi məqsədlərlə təqiblərin olmadığını bəyan edir.

XS
SM
MD
LG