Accessibility links

Bakıda 12-ci "Xəzər neft-qaz, neftayırma və neft kimyası - 2005" sərgisi açılıb


Bakıda 12-ci "Xəzər neft-qaz, neftayırma və neft kimyası - 2005" sərgisi açılıb. Sərgiyə dünyanın 29 ölkəsindən 331 şirkət və 40 yerli şirkət qatılıb. İştirakçılar arasında BP, Conoco, Itochu, LUKOIL, Statoil, Total, TRAO, "Transneft", Siemens kimi dünyanın nəhəngləri də var.

Azərbaycan Ticarət- Sənaye Palatasının sədri Süleyman Tatlıyev bildirib ki, Xəzər neft qaz sərgisinə iləbil maraq artmaqdadır. Onun sözlərinə görə, sərgi dünyanın neft-qaz sərgilərinin ən önəmlisinə çevrilib. Prezident İlham Əliyev hesab edir ki, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istismara verilməsi Azəçrbaycanın neft strateciyasında yeni mərhələnini başlanğıcıdır. Dövlət başçısının fikrincə, kəmər həçiinin Azərbaycan Gürcüstan və Türkiyə birgə əməkdaşlığının gözəl nümunəsidir. Cənab Əliyev Bakı-Tbilisi-Ərzrum qaz kəmərinin də vaxtında istismara veriləcəyini bəyan edib. ABŞ energetika nazirinin müavini Castin Svift ABŞ prezidenti Corc Buşun təbrik məktubunu oxuyub. Cənab Buş Bakı-Tbilisi-Ceyhan neft kəmərini Şərq-Qərb enerji dəhlizinin reallaşması yolunda "nəhəng addım" adlandırıb. «Azərbaycan son bir ildə böyük irəliləyiş edib. Elə, bir neçə gün əvvəl biz Bakı-Tbilisi-Ceyhan kəmərinə ilk neftin daxil olmasını – Xəzər bölgəsinin Şərq-Qərb enerji dəhlizinin tam fəaliyyət göstərməsinə doğru atılan nəhəng addımı qeyd etdik. Azərbaycanın təbii qazını Türkiyə və Avropanın bazarlarına çıxaracaq Cənubi Qafqaz kəmərində də irəliləyiş edilməkdədir. Eyni zamanda, biz Azərbaycanın neft və qaz sektorundan olan gəlirlərinin idarə olunmasında şəffaflığı artırmaq səylərini bəyənirik»-deyə ABŞ prezidenti qeyd edir. Türkiyə energetika və təbii ehtiyatlar nazirinin müavini Salix Paşaoğlu deyib ki, BTC-nin reallaşması neftin türk körfəzlərindən yan keçərək ixracına imkan verəcək.Hazırda bu körfəzlərlə hər il 15 milyon tona yaxın neft keçir. O, razılıqla qeyd edib ki, Türkiyənin TPAO şirkəti Azərbaycanda enerji lahiyələrinə 1,75 mlrd dollar investisiya qoyub. Ümumilikdə isə şirkətin Azərbaycana qoyduğu investisiyaların məbləği 4,75 mlrd dollara çatır. Cənab Paşaoğlu Türkiyənin Qazaxıstan neftni qarşılamağa tam hazır olduğunu da diqqətə çatdırıb.

Rumıniya İqtisadiyyat və Əmək Nazirliyinin dövlət katibi Demetr Atilla ölkəsinin regionun enerji resurslarına marağından danışıb.«Rumıniya regiondan Avropaya enerji resurslarının nəqlinə dair iki iri layihədə iştirak edir. Birinci layihə Türkiyə və Gürcüstan sərhədlərindən Rumıniya vasitəsilə Avstriyaya qaz ixracı sisteminin yaradılmasını nəzərdə tutur. Bundan başqa Rumıniya uzunluğu 1360 km. olan Konstansa-Triest neft kəməri layihəsinin iştirakçısıdır. Kəmər Rumıniya, Serbiya, Çernoqoriya, Xorvatiyanı keçərək İtaliyanın Adriatik dənizi sahilinədək gedir. Bundan əlavə, bu boru kəməri neftin Almaniya və Avstriyaya nəqlinə imkan verən neft kəmərləri sistemilə birləşdiriləcək. Konstansa-Triest neft kəmərinin bir qolu isə Venetsiyada neft emalı zavodlarına kedəcək».

Gürcüstan energetika nazirinin müavini İsak Novruzov region ölkələrinin enerji müstəqilliyinin möhkəmləndirilməsində BTC-nin və Bakı-Tbilisi-Ərzrum qaz kəmərinin vacibliyini qeyd edib. «Gürcüstandan keçən kəmərlər bizim enerji sahəsində müstəqilliyimizi təmin edləcək. Bu isə ölkənin suverenliyinin möhkəmlənməsinə xidmət edir»-deyə o qeyd edib.

Böyük Britaniyanın Azərbaycandakı səfiri Lori Bristou Böyük Britaniyanın baş naziri Toni Blerin təbrik məktubunu oxuyub. Məktubda BP-nin Azərbaycanda enerji layihələrindəki aparıcı rolu xüsusi razılıqla vurğulanır. Qeyd olunur ki, bu layihələr Azərbaycan xalqının davamlı gələcəyinin təmin olunmasına imkan verəcək. Cənab Bler Azərbaycan rəhbərliyinin neft gəlirlərinin istifadə olunmasında şəffaflığın təmin edilməsi barədə səylərini də alqışlayır.

XS
SM
MD
LG