Accessibility links

Neft əvəzinə ərzaq proqramı ilə əlaqədar BMT-nin yeni məlumatı


İraqın sabiq neft əvəzində ərzaq proqramı ilə əlaqədar baş katib Kofi Annan barədə Birləşmiş Millətlər Təşkilatının araşdırıcı komissiyası yeni məlumat əldə edib. E-mail vasitəsi ilə göndərilən məlumatda Kofi Annanın, onun oğlunun işlədiyi kompaniyanın proqramla kontraktı haqda etiraf etdiyindən daha çox məlumata malik olması bildirilir. Çərşənbə axşamı Nyu York Tayms qəzeti ilk dəfə e-mail barədə açıqlamada bildirib ki, hələ 1998-ci ildə cənab Annan “Kotekna” şirkəti Neft əvəzinə ərzaq kontraktını udmamışdan əvvəl şirkətin başçısı ilə görüşüb. E-maildə Koteknanın rəhbərinin cənab Annala görüşdüyü və cənab Annanın ona “biz sizə dayaq ola bilərik" dediyi bildirilir. E-maildə verilən məlumatlardan belə nəticə çıxarılır ki, cənab Annanın Kotekna şirkətinin kontraktı udacağından xəbəri var imış.
XS
SM
MD
LG