Accessibility links

Əl-Anbar vilayətində vüsət alan qiyama qarşı ikinci iri hücum


Birləşmiş Ştatlar və İraqın hərbi qüvvələri qərbi əl-Anbar vilayətində vüsət alan qiyama qarşı ikinci iri hücum əməliyyatına başlamışlar. Minə yaxın marin və İraq əsgəri bu əraziyə daxil olaraq gizlədilmiş silah və qiyamçı təlim düşərgələrinin axtarışına başlamışlar. Bundan bir az öncə Amerika hərbçiləri əməliyyatın gedişatında 50-yə yaxın qiyamçını öldürdüklərini və 100 militantı yaxaladıqlarını xəbər vermişdilər. Əməliyyat zamanı qoşunlar divara zəncirlə bağlanmış və döyülmüş 4 İraq girovunu aşkar ediblər. Bu arada Bağdadda yolkənarı bomba partlayışı nəticəsində bir qız uşağı öldürülmüş, iki mülki vətəndaş isə yaralanmışdır. Əl Ərəbiyyə peyk-televiziya kanalı özünün bir müxbirinin İraq paytaxtında qiyamçılar tərəfindən güllə atəşi ilə ağır yaralandığını bildirir.
XS
SM
MD
LG