Accessibility links

İranda seçkilərin ikinci turu keçiriləcək


İranın keçmiş prezidenti Əli Əkbər Haşemi Rəfsəncani seçkilərin ikinci turunda sərt-xətt yönümlü namizədlə üzləşəcək. Bu arada seçkilərin saxtalaşdırıldığı iddia olunur. Cümə gününün səsverməsində 3-cü yeri tutan Mehdi Karrubi İran mühafizəkarlarını sərt-xətt yönümlü Mahmud Əhmədnecadın xeyrinə saxtakarlıq etməkdə günahlandırıb. Nobel mükafatı laureatı Şirin Ebadi də cümə gününün nəticələrini rədd edərək bildirib ki, nə qədər ki, İranın seçilməmiş Nəzarət Şurası namizədləri müəyyənləşdirir, o, seçkiləri baykot edəcək. Başqa xəbərdə İran rəsmiləri bildirirlər ki, Amerikaya mənsub olan sərnişin təyyarəsi texniki problemlər ucbatından Tehran aeroportuna enməli olub. Northöest Airlines şirkətinin təyyarəsi Bombeydən Amsterdama uçurdu. Qeyd edək ki, İranla Birləşmiş Ştatlar arasında diplomatik əlaqələr mövcud deyil və bu ölkələr arasında birbaşa uçuşlar yoxdur.
XS
SM
MD
LG