Accessibility links

İranın təhlükəsizlik agentləri Tehrandakı mətbəəyə hücum edib


Dünən İranın təhlükəsizlik agentləri Tehrandakı mətbəəyə hücum edərək, prezident seçkilərində Əli Əkbər Rəfsəncanini təbliğ edən yarım milyondan çox açıqçanı və plakatı müsadirə ediblər. Oradakı işçilərin dediyinə görə plakatlarda olan “demokratiya” kimi sözlər sərt-xətt tərəfdarları tərəfindən təhqir kimi qəbul edilib. Bu gün “Vaşinqton Post” qəzeti Amerikanın Səsinə bildirib ki, hücum barədəki xəbər geri qaytarılıb.
Assoşieyted Press isə bildlriri ki, cənab Rəfsəncani seçkilərin təhqir olunmasına görə o, keçən həftə qarşıda gələn seçkiləri baykot edəcəyi ilə hədələmişdi. Lakin AP Rəfsəncaninin köməkçisinə əsaslanaraq bu gün yazır ki, sərt-xətt tərəfdarları cümə günü keçiriləcək seçkilərə mane olmayacaqlarına söz verdikdən sonra cənab Rəfsəncani sözünü geri götürmüşdür.
XS
SM
MD
LG