Accessibility links

Hindistanın kommunist partiyasının nümayəndələri nümayiş təşkil edib


Hindistanın kommunist partiyasının nümayəndələri ölkədə neftin, qazın, dizel yanacağının qiymətlərinin kəskin artmasına və eləcə də müəssələrin özəlləşdirilməsinə etiraz olaraq bir günlük ümumilli etiraz aksiyalar təşkil edib. Yeni Dehlinin mərkəzində nümayişçilər polisin həyata keçirdiyi tədbirlərə baxmayaraq toplaşaraq, maşınların hərəkətinə mane olmuşlar. Eləcə də minlərlə yük maşını və ticarət maşınları şosse yollarında dayandırılmışdır. Aksiya zamanı diqqət mərkəzində Parlamentdə 545 yerdən 61 yeri tutan kommunistlərlə çoxluqda olan mərkəzçi konqres koalisiyası arasında qarşıdurma idi. Solçuların liderləri bugünkü etiraz aksiyalarının baş nazir Manmohan Singin 13 aylıq hakimiyyətinə qiyam yox, xəbərdarlıq olduğunu deyirlər.
XS
SM
MD
LG