Accessibility links

Türkiyənin Ədliyyə  Nazirliyinə hücum planlaşdıran terrorçu polis tərəfindən  öldürülüb.


Ankarada Ədliyyə Nazirliyində bədəninə sarılmış bombanı partlatmağa çalışan terrorçu polis tərəfindən vurularaq öldürülüb. Şahidlərin bildirdiklərinə görə o binaya daxil olmaq istəyən vaxt təhlükəsizlik signalı çalıb və bombanı partlatmaq istədiyi anda isə polis ona manə olub. Terrorçu qaçmağa çalışdığı vaxt isə polis tərəfindən öldürülüb. Daha sonra həmin şəxsin inqilabçı xalq azadlıq partiyası cəbhəsinin üzvü Eyüb Bəyaz olduğu bildirilib. Onun başqa bir hücumla əlaqədar olaraq axdarıldığı qeyd edilib. 2003-cü ildə İstanbulda baş verən hücumlar nəticəsində 600 adam həlak olmuşdu. Hücumlar Britaniya baş konsulluğu və bir britaniya bankına və iki sineqoqa qarşı həyata keçirilmişdi. Hucumun məsuliyyətini Əl Qaidə terror şəbəkəsi öz boynuna götürüb.
XS
SM
MD
LG