Accessibility links

Iraqda yoxa çıxan kəşfiyyat dəstəsinin axtarışı davam etdirilir


ABŞ hərbiçilərinin bildirdiyinə görə, çərşənbə axşamı yoxa çıxan kəşfiyyat dəstəsinin axtarışı davam etdirilir. Xatırladaq ki, kəşfiyyat qrupuna daxil olan insanlar Əfqanıstanın Kunar dağlıq vilayətində onlara yardıma gələn vertolyotun vurulub salınmasından sonra yoxa çıxmışlar. Vertolyotda olan ABŞ-ın xüsusi təyinatlı qüvvələrinin 16 əsgəri həlak olmuşdu. Ordu nümayəndəsi polkovnik Cim Yontsun dediyinə görə, onların öldürüldüyü və ya oğurlanmasına inanmağa heç bir əsas yoxdur. O, Talebanın vertolyotun vurulmasından əvvəl 7 Amerika əsgərini qətlə yetirdiyinə dair iddiasını nə təsdiq nə də ki, inkar etmişdi.
XS
SM
MD
LG