Accessibility links

Misir diplomatı İraqda girov götürülüb


Bağdadda Misrin yüksək vəzifəli diplomatı girov götürülüb. Şahidlərin dediyinə görə, diplomat İhad Əl-Şərif dünən axşam maşınla gedərkən iki maşın onun qarşısını kəsmiş, maşınlarının yük yerinə soxmazdan əvvəl bərk döymüşlər. Əl-Şərif Misrin ərəb ölkələri arasında İraqın yeni hökuməti ilə diplomatik əlqələrini bərpa etdiyini elan etməsindən sonra Bağdada getmişdi. Bu arada ABŞ-ın Ədliyyə Naziri və Baş prokuroru Alberto Gonzales İraqa səfər edib. Baş prokuror səfəri zamanı Amerika əsgərləri və rəsmilərilə görüşəcək. Onu müşaiyət edən müxbirlər bildirirlər ki, Baş prokurorun səfərini ABŞ-ın müstəqillik günü ərəfəsinə salması onun İraq hökumətinin demokratiya öhdəliklərinə dəstək mahiyyəti daşıyır.
XS
SM
MD
LG