Accessibility links

Səudiyyə Ərəbistanında Əl Qaida qrupunun lideri öldürülüb


Səudiyə Ərəbistanın rəsmiləri bildirirlər ki, təhlükəsizlik qüvvələri ilə atışma zamanı krallıqdakı Əl-Qaida qrupunun lideri öldürülüb. Səudiyyə Ərəbistanının təhlükəsizlik qüvvələrilə axtarışda olan islamçı yaraqlılar arasındakı atışmalar dünən gecə paytaxt Ər-Riyadın yaxınlığındakı Ravdah qəsəbəsində baş verib. Rəsmilər deyirlər ki, atışma nəticəsində Osama Bin Ladenin başçılıq etdiyi Əl-Qaida terror şəbəkəsinin Səudiyyə Ərəbistanındakı lideri, mərakeşli Yunis Məhəmməd İbrahim Əl-Həyari qətlə yetirilib. Hadisə zamanı iki yaraqlının da yaralandığı bildirilir. İsrailin terrorizmlə mübarizə üzrə eksperti Dan Şueftan deyir ki, bu əməliyyat terrorçulara qarşı aparılan müharibədə əldə edilən məhdud bir qələbədir. Son iki il ərzində Səudiyyə Ərəbistanı bir sıra terror hücumlarına səhnə olub. Bu hücumlarla əlaqəsi olan 36 nəfərin axtarışı elan edilib. Bu arada Səudiyyə Ərəbistanı daha artıq terror hücumlarının mümkünlüyü barədə xəbərdarlıq verib.
XS
SM
MD
LG