Accessibility links

Iraqda qiyamçılara qarşı yeni əməliyyatlara başlanıb


Birləşmiş Ştatlar və İraq hərbi qüvvələrinin İraqın qərbində qiyamçılara qarşı yeni əməliyyatı başlayıb. Amerika hərbi qüvvələrinin nümayəndəsi bildirb ki, təxminən 500 Amerika və 100 İraq əsgəri Anbar vilayətində qiyamçılara qarşı şiddətli hücuma keçiblər. Nümayəndə deyib ki, cümə axşamı hərbi qüvvələr tərəfindən Fallucada qiyamçı olmalarından şübhəliənilən 22 nəfər həbs edilib. Amerika və İraq əsgərlərinin bu əməliyyatı son bir ay ərzində Anbar vilayətində qiyamçılara qarşı həyata keçirilən dördüncü əməliyyatdır. Rəsmilər deyirlər ki, Anbar vilayəti Suriya sərhəddi yaxınlığında yerləşir və əcnəbi terrorçular bu sərhəd vasitəsilə İraqa daxil olurlar.
XS
SM
MD
LG