Accessibility links

Dəyirmi Masa: Azərbaycan mətbuatının vəziyyəti


Bu gün Azərbaycan mətbuatının 130-cu ildönümü tamam olur. Ötən əsrin ikinci yarısındda Həsən bəy Zərdabi Əkinçi qəzetini çıxarmaqla Azərbaycan Türkcəsində ilk periodik nəşrin əsasını qoydu. Həmin gündən bəri Azərbaycan mətbuatı Çar Rusiyası, Sovet Kommunizmi və post-Sovet zamanında ciddi sensuralara, Zərdabi irsinin davamçıları isə bəzən ölümcül təqiblərə məruz qalmışdır. Lakin azad söz sevgisi və milləti maarifləndirmək arzusu Azərbaycan qəzetçilərini çürbəcür çətinliklərə sinə gərərək bu mübarizənin önündə getməkdən çəkindirməyib. Bu günkü dəyirmi masa söhbətimizin mövzusu Azərbaycan mətbuatının vəziyyətidir. Amerika respublikasının banilərindən biri olan Tomas Cefferson vaxtilə yenicə anadan olmuş ölkənin konstitutsiyası müzakirə edilərkən demişdi: Əgərə mən qəzetsiz hökumətlə, qəzetli anarxiya arasında seçimlə üzləşsəydim, heç şübhəsiz sonuncunu seçərdim. Azad sözhün cəmiyyətin inkişafı üçün vacibliyini vurghulamaq yəqin ki, indi zamanda lüzumsuz olardı. Bəs bu gün Azərbaycanda mətbuatın durumu nə yerdədir? Azərbaycan jurnalistləri hökumətin təzyiq və təqiblərinə məruz qalmadan öz fikirlərini və ya məlumatları ictimaiyyətlə bölüşə bilirlərmi? Bu mühüm suallar ətrafında müzakirə aparmaq üçün dəyirmi masa söhbətimizə hazırda Birləşmiş Ştatlarda səfərdə olan Demokratik İslahatlar Partiyasının sədri və millət vəkili Asim Mollazadəni, Yeni Nəsil Jurnalistlər Birliyinin sədri Arif Əliyevi və Azərbaycan Mətbuat Şurasının üzvü Zeynal Məmmədlini dəvət etmişik.


Dəyirmi masanın audio yazısına dinləmək üçün yuxarıdakı linkə tıklayın.

XS
SM
MD
LG