Accessibility links

Belarus hökumətinə qarşı etiraz aksiyası keçirilib


Belarus hökuməti siyasi məhbusların azadlığa buraxılmasına səsləyən 7 müxalifət nümayəndəsini həbs edib. Zubr Gənclər Təşkilatının fəalları dünən prezident Lukaşenkonun həbs edilmiş əleyhdarlarının şəkillərini əldə tutaraq siyasi məhbsuların azad olunmasını tələb etmişdilər. Etiraz aktı başlayandan bir neçə dəqiqə sonra hadisə yerinə gələn təhlükəsizlik qüvvələri gəncləri həbs etmişdir. Qərb dövlətləri cənab Lukaşenkonu demokratiyanı boğmaqda ittiham edirlər. Müxalifət qrupları bildiriblər ki, prezident Lukaşenko öz siyasi opponentlərini təqib edir, insan hüquqlarını kobudcasına pozur və mətbuat azadlığını məhdudlaşdırır. Qeyd edək ki, Birləşmiş Ştatların “Avropanın sonuncu diktaturası” adlandırdığı Belarusda Aleksandr Lukaşenko artıq 10 ildən çoxdur ki, hökmranlıq edir.
XS
SM
MD
LG