Accessibility links

Bomba hücumlarında şübhələnilənlərin adları müəyyən edilib


Polis keçən cümə axşamı Londonda baş tutmayan bomba hücumlarında şübhələnilən 24 yaşlı Yasin Həsən Ömər və əsl adı Muxtar Məhəmməd Səidı olan 27 yaşlı Muxtar Səid İbrahimi adlı şəxsləri müəyyənləşdirib. Eləcə də iki nəfər hücumçunun əlavə şəkilləri aşkar edilib. Rəsmilərin bildirdiyinə görə şənbə günü partladılmış dörd bombanın və partladılmamış beşinci bombanın plastik yemək qutusunda olduğu aşkar edilmişdir. Polis son zamanlar belə plastik qutuların kimlərə satılması və həmçinin şübhəlilər barədə məlumatı olanlara onlara kömək etməyə çağırmışdır. Eyni zamanda, bu gün baş nazir Toni Bleyer cümə günü terrorçu olduğundan şübhələnilərək braziliyalı oğlanın səhvən polis tərəfindən gətlə yetirililməsinə görə üzr istəmişdir. Braziliyanın xarici işlər naziri bu insidentlə əlaqədar bu gün Britaniyanın xarici işlər naziri ilə görüşmüşdür.
XS
SM
MD
LG