Accessibility links

Əfqan yaraqlıları ilə ABŞ qüvvələri arasında toqquşma olub


Birləşmiş Ştatların Əfqanıstandakı hərbi qüvvələri bildirirlər ki, ölkənin cənubunda yerləşən Uruzqan vilayətində ağır döyüşlər nəticəsində bir Amerika və bir Əfqan əsgəri, eləcə də 11 üsyasnçı həlak olmuşdur.
Hərbiçilərin bildirdiyinə görə bu gün 15 nəfərdən 30 nəfərə qədər üsyançı koalisiya qüvvələrinə raket və qumbaralarla hücum edəndən sonra toqquşma baş vermişdir.
Başqa bir xəbərdə isə bildirilir ki, Kabildə üç əfqan polisi aeroporta gedən yola qoyulmuş bombanın partlaması nəticəsində yaralanmışlar.


XS
SM
MD
LG