Accessibility links

Səudiyyə Ərəbistanın kralı Fəth vəfat edib.


Səudiyyə Ərəbistanın kralı Fəth uzun sürən xəstəlikdən sonra 82- yaşda paytaxt Ər-Riyadın xəstəxanasında vəfat edib. Kralıq məhkəməsi vəliəht Abdullahı kral təyin edilib. Vəliəhdə Abdulla 10 il əvvəl qardaşı kral Fəth xəstələndikdən sonra, krallığı idarə etməyə başlayıb və indi o kralın vəfatından sonra kral olub. Kralıq idarəsi bildirir ki, Kral Abdullah şahzadə Sultan ibn Əbdüləzizi müdafiə naziri və vəliəhd təyin edib. Ərəb ölkəri cəmiyyətinin Baş Katibi Əmr Musa Kral Fəthin vəfatı münasibətilə Ərəb dünyasında 3 gün matəm elan edib. Səudiyyə Ərəbistanı dünyada ən çox neft ixrac edən ölkədir. Kral Fəthin vəfatı ilə Nyu York neft bazarında neftin barelinin qiyməti 61- dollara yüksəlib. . Bu arada dünya öklkələrinin liderləri kral Fəthin vəfatı münasibətilə Səudiyyə Ərəbistanına baş sağlığı verirlər. Britaniyanın Baş Naziri Toni Blair deyib ki, ölkəsi kral Fəthin məsləhətlərindən faydalanıb. Livan parlamentinin üzvü Səad Həriri və Hizbullah qrupu kral Fəthin 1989-cu ildə Taif müqaviləsinin bağlamasında və Livanda vətəndaş müharibəsinin bitməsindəki xidmətini xüsusi olaraqa qeyd ediblər. Ağ ev bildirir ki, prezident Buş Kral Fəthin vəfatı xəbərindən sonra karl Abdullaha zəng edərək ona ölkəsnin adından dərin sağlığı verib. Ağ ev həmçinin bildirir ki, Birləşmiş Ştatlar kral Fəthin dəfn mərasimində iştirak etmək üçün nümayəndə heyəti göndərəcək.

XS
SM
MD
LG