Accessibility links

London hücumlarında şübhələnilənlərin sayı 20-yə çatıb


London polisi 12 gün bundan əvvəl nəqliyyat sistemində bomba hücumları ilə əlaqədar bazar ertəsi həbs edilmiş iki nəfəri sorğu-suala tutur. Bununla da üç metro qatarına və avtobusa bomba yerləşdirdiklərindən şübhələnilənlərin sayı 20-yə çatıb. Londonun nəqliyyat rəsmilərinin bildirdiyinə görə iyulun 7-də dörd Britaniya müsəlmanının 52 nəfərin ölümü ilə nəticələnən metro partlayışlarından sonra artıq iki metro stansiyasının işi bərpa edilib. İyulun 7-si hücumlarından sonra narahat olan London sakinləri şəhərdə metro xətlərinin açılışını alqışlamışlar. lakin metronun ən çox istifadə edilən stansiyaları hücumun zərərinə məruz qaldığına görə hələ də bağlıdır. Nəqliyyat normal işinə qayıtsa da, polisin şübhəli bağlamalar daşıyan müsəlman gənclərin dayandırılıb- yoxlanılması məsələsi mübahisəli olaraq qalır. İyulun 7-si aksiyalarında əli olan dörd Britaniya müsəlmanlarının yaşı 18-dən 30-a qədərdir. Onlardan üçü Pakistan, biri isə Yamayka əsillidir. İyulun 21-də bomba hücumları cəhdində şübhələnilənlərdən üçünün 20 yaşlarında olduğu və Şərqi Afrikada doğulduğu bildirilir. Dördüncü şübhələnilənin anadan olduğu yer və tarix barədə məlumat açılanmayıb. Britaniya nəqliyyat polisinin rəisi İen Constonun bildirdiyinə görə, şübhəlilərin şəxsiyyəti haqda məlumatlar heç də polisin hər bir adamı saxlayın yoxlayacağı demək deyil. Britaniyanın Daxili işlər naziri Hazel Blears Britaniya radiosuna verdiyi müsahibəsində müsəlmanların qayğısını azaltmağa çalışaraq demişdir: “Şübhəli şəxslərin saxlanıb-yoxlanması bizim üzləşdiyimiz təhlükə çərçivəsində ən adi kəşfiyyat əsaslarından istifadədir. Bundan heç bir ictimaiyyət əleyhinə istifadə edilməməlidir. Müsəlman olduqlarına görə insanların seçilməsi bizim istədiyimiz nəticəni verməyəcək.”
XS
SM
MD
LG