Accessibility links

Avropa Birliyinə daxil olmaq üçün Türkiyə birliyin bütün üzvlərini tanımalıdır


Fransanın baş naziri Dominik De Villepin dediyinə görə, Türkiyə Avropa Birliyinə üzv olmaqdan əvvəl Ankara Kipr də daxil edilməklə, birliyin bütün üzvlərini tanımalıdır. Bu bəyanat bu gün, radio müsahibəsi zamanı səslənmişdir. Bəyanata cavab olaraq Türkiyənin xarici işlər naziri Abdulla Gül Ankaranın Fransadan Türkiyənin Avropa Birliyinə üzv olma prossesində gələcəkdə də dəstək gözlədiyini bildirmişdir. 25 üzvlü birlik Türkiyənin bloka qoşulması haqqında danışıqları oktyabr ayına planlaşdırıb. Keçən həftə, Türkiyə Avropa Birliyi ilə imzaladığı gömrük razılığını yeni üzv olan dövlətləri daxil etmək üçün yeniləmişdir. Amma Türkiyə rəsmilərinin dediyinə görə, bu razılıq Yunan Kipr dövlətinin tanınması demək deyil. Avropa Birliyi və başqa millətlər Kiprin Yunan hökümətini bölünmüş adanın legitim höküməti kimi qəbul edib. Ankara isə Türklər tərəfindən qurulmuş höküməti dəstəkləyir.
XS
SM
MD
LG