Accessibility links

İraqda ABŞ-ın müstəqil jurnalisti qətlə yetirilib


İraqın cənub Bəsrə şəhərində Amerikanın müstəqil jurnalisti qətlə yetirilib. Steven Vinsentin qətli onun şiə müsəlmanların funtamentalizminin dərinləşdyi haqda məqaləsinin Amerika qəzetində nəşr edilməindən 4 gün sonraya təsadüf edir. Bəsrə polisinin bildirdiyinə görə, jurnalistin cəsədi Bəsrə şəhərinin magestral yolu kənarında aşkar edilib. Steven Vinsent və onun qadın tərcüməçisi hadisədən bir neçə saat əvvəl ələ keçirilmidi. Jurnlaist aldığı bir neçə güllə yarasından vəfat edib. Tərcüməçi qadın da həmçinin bir neçə güllə atəşinə məruz qalsa da, sağ qalmışdır. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Amerikanın Bağdaddakı səfirliyi Britaniya hərbiçiləri və Bəsrə polisi ilə əməkdaşlıq edib, qətlin arxasında duranların müəyyən edilməsinə çalşıdığını bildirib. Amerikanın aparıcı qəzet və jurnallarına çalışan Stiven Vinsent bir neçə ay idi ki, İraqda işləyirdi. Onun son məqaləsində Bəsrədəki şiə müsəlman qruplarının nəzarəti əllərinə aldığından bəhs edilirdi. Məqalədə Bəsrənin polis rəsmisinə istinadən yazılmışdı ki, polis qüvvələri arasında keçmiş Bəs partiyasının üzvlərini hədəf alan sui-qəsd cəhdlərində əli olan şiə partizanlar yer alır. Xatırladaq ki, şiələr Sədadm Hüseyn rejiminin repressiyaları ilə üzləşən əksəriyyət idi. Şiə siyasətçilər şiə militantlarının Bəsrədə fəallığının artdığını etiraf edərək, qətlin ciddi motivlərə əsaslandığına inandıqlarını deyirlər.
XS
SM
MD
LG