Accessibility links

Prezident Buş yenidən Bazar Günü Meksiko Körfəzi regionuna qayıdacaq.


Ağ Evin bildirdiyinə görə Prezident Buş yenidən Bazar Günü Meksiko Körfəzi regionuna qayıdacaq. Qeyd edək ki, Katrina qasırğasına cavab tədbirləri ilə bağlı Prezident Buş artan tənqidlə üzləşir. Ağ Evin sözçüsü Skott MkKlellan bu gün deyib ki, prezident qasırğanın nəticələrini aradan qaldırmağı federal rəsmiyə həvalə etmək fikrini nəzərdən keçirir. Cənab Buş etdikləri yardıma görə 100 ölkəyə təşəkkür etmiş və burada Əfqanıstan və Şri Lankanı xüsusilə qeyd etmişdir. Yeni Orelanda isə hökumət orqanları məcburi evakuasiyanı təmin etmək üçün şəhəri tərk etmək istəməyən sakinlərə təzyiqi gücləndirirlər.

XS
SM
MD
LG