Accessibility links

Prezidentlərin gürüşü gərginliyi azalda biləcəkmi?


Bu həfətənin cümə günü ABŞ prezidenti Corc Buş və Rusiya prezidenti Vladimir Putinin aylardan sonra ikinci yüksək səviyyəli görüşləri Vaşinqtonda təşkil ediləcək. Amerika-Rusiya münaisbətlərini yaxından izləyən təhlilçilərin fikrincə əlaqələrdə soyuqlyq yaranmışdır. Belə ki, Vaşiqnton Vladimir Putinin avtaritarsayağı idarəçiliyini kəskin tənqid edir. Rusiya isə Amerikanın Rusiyanın təsir dairisinə daxil olan yerlədə öz nüfuzunu günləndirdiyini bildirir. Bu isə öz növbəsində münasibətlərdə gəriginlikdən başqa heç nəyə səbəb olmur. Hertage Fondunun Moskva ofisinin direktoru Yevgeni Volk hesab edir ki, Vaşiqnton görüşü zamanı bu gərginlik biruzə vuracaq. Cənab Volkun bildirdiyinə görə, Rusiya və Amerika arasındakı fikir ayrılıqlarının aradan qaldırılması imkanları məhduddur. Ölkərlər arasında İraq böhranını, ABŞ-ın həbri məqsədlə istifadə ediləcəyindən əmin olduğu İranın nüvə proqramı kimi fikir ayrılqıları mövcuddur. Heritage Fondunun Moskva ofisinin direktoru Rusiyanın Çinlə birgə hərbi təlimləri də həmçinin Rusiya-Amerika münsibətlərini soyuqluq gətirən faktorlardadır. Moskvada yerləşən ABŞ-Kanada İnstitutunun direktor müavini Viktor Kremnyuk isə hesab edir ki, Rusiya Gürcüstn, Qırğızıstan və Ukrayna kimi keçmiş sovet respublikalarında nüfuzunu itirdiyinə görə narahatdır. Cənab Kremnyuk həm də Rusiya prezidenti Vladimir Putinin oynadığı rolun keçmiş sovet üsusllarına əsaslandığını deyir. Viktor Kremnyukun fikrincə indi tərəflər arasında əməkdalıqdansa soyuq müharibə ideyası daha güclüdür. Təhlillçilər hesab edirlər ki, Moskva və Vaşinqton arasındakı münasibətlər Sovet İttifaqının süquta uğramasından sonrakı 14 il ərzində ən gərgin nöqtəsinə çatıb. Bu həftə keçiriləcək görüşün hər iki prezident üçün asan olmayacğı təxmin edilir. Belə ki, strateji maraqlarının artdığını iddia edən liderlər qarşıdurma deyil, əksinə yaxın görünməyə çalışacaqlar.

XS
SM
MD
LG