Accessibility links

Ürək xəstələri üçün yeni müalicə növü ixtira edilib


Ürək xəstələri üçün yeni cərahiyyə əməliyyatı edilmədən müalicə növü ixtira edilib. Ürək əzələləri kifayət qədər qanla təmin edilmədikdə bir və ya daha artıq arteriyanın tutulması infarkta yol açır. İnfarkt isə dərmanlar və ya cərəhiyyə əməliyyatı ilə müalicə edilir. lakin son texnoligiya vasitəsi ilə ürək cərahiyyə əməliayaytlarını istisna etmək mümkündür. Bildiyiniz kimi əlavə qan axını ürəyi oksigenlə təmin edir. Prosedur bundan əlavə təbii hormonlara təsir edərək qan damarlarının genişlənməsinə yardım edir. Həkimlər müalicə başa çatdıqdan sonra xəstələrin normal həyat tərzinə qayıtdıqlarını deyirlər. Prosedur hələ eksperiment səviyyəsində olsa da, artıq ilkin nailiyyətlər nəzərə çarpmaqdadır.
XS
SM
MD
LG