Accessibility links

NATO-nun Əfqanıstandakı missiyası gələn il də davam edəcək


NATO-nun Müdafiə Nazirləri Berlində keçirdikləri görüşlərində alyansın Əfqanıstandakı missiyasının gələn il də davam etdirilməsinə razılıq veriblər. NATO-nun bu yeni planına əsasən Britaniya, Kanada və Hollandiyanın hərbi qüvvələri gələn il Əfqanıstanın cənub bölgəsində yerləşdirilməlidir. Adının açıqlanmasını istəməyən NATO diplomatı deyib ki, qurumun bu missiyası heç bir vaxt həyata keçirilməyən ən güclü bir missiya olacaq. Bu arada Birləşmiş Ştatların müdafiə naziri Donald Rumsfeld Nyu York Times qəzetinin bu gün dərc etdiyi məlumatını təkzib edib. Məlumata əsasən gələn il Birləşmiş Ştatlar Əfqanıstandakı hərbi qüvvələrindən 4 min əsgərin çıxarılmasını planlaşdırıb. Birləşmiş Ştatalrın rəsmiləri isə deyirlər ki, Əfqanıstandakı NATO hərbi qüvvələri ilə Əl-Qayda terror şəbəkəsinin yaraqlıları və Taleban döyüşçülərinin qalıqları ilə mübarizə aparan Amerika hərbi qüvvələrinin birləşdirilməsi barədə heç bir plan yoxdur. Fransa və Almaniya NATO-nun Əfqanıstandakı hərbi qüvvələrinin bir komandanlıq altında birləşməsinə etirazlarını bildirərək, bunun NATO qüvvələri üçün böyük təhlükə yaradacağını bildirirlər. ABŞ-ın müdafiə naziri Donald Ramsfeld NOTA-ya Katrina qasırğası ilə üzləşən Birləşmiş Ştatlara göstərdiyi yardıma görə təşəkkürünü bildirib.
XS
SM
MD
LG